Sarqsyan özünü və Paşinyanı ifşa etdi: "Azərbaycana "İskəndər" atılıb"

Sarqsyan özünü və Paşinyanı ifşa etdi: "Azərbaycana "İskəndər" atılıb" Ermənistan ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edib
Analitika
17 Fevral , 2021 11:37
Sarqsyan özünü və Paşinyanı ifşa etdi: Azərbaycana İskəndər atılıb

Ermənistan ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edib.

"Report"un xəbərinə görə, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan “Armnyuz”a müsahibəsində etiraf edib:

“Ermənistan tərəfdən “İskəndər”in tətbiq edilməməsi ilə bağlı verilmiş açıqlamalarla razı deyiləm”.

Onun sözlərinə görə, bu raket döyüşlərin son günlərində tətbiq edilib:

“Konkret olaraq Şuşaya atılıb”.

Sarqsyan bildirib ki, "İskəndər" raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediblər. Müxbirin “düşmənin ərazisinə niyə bu raketi atılmadı” sualına cavabında keçmiş prezidenti deyib: “Cavab zərbədən ehtiyat edildiyi üçün atılmayıb. “İskəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi".

O, Azərbaycan ərazisinə Ermənistan tərəfindən başqa silahlar tətbiq edilmədiyi ilə bağlı deyilənlər razılaşmadığını vurğulayıb:

“Yadınızdadırmı, bir nəfər Gəncədə hava limanının yerlə bir edilməsi barədə əmr vermişdi”.

Sarqsyan fikirini davam etdirərək Gəncədə hərbi obyektə deyil, yaşayış məhəlləsinə atəş açıldığını yada salıb. O, bunu “böyük axmaqlıq” adlandıraraq bildirib ki, bundan sonra Xankəndi və Xocavənd atəşə tutulub.

Serj Sarqsyan
Serj Sarqsyan

Keçmiş prezident bildirib ki, Azərbaycanın neft-qaz kəmərlərini “İskəndər”lə vurmaq lazım idi:

“İskəndər”i niyə əldə etmişdik? Lazım olan vaxt tətbiq etməmək üçün? Biz yeganə tərəfik ki, müttəfiqimiz bizə belə silah verib”.

Separatçıların “baş qərargahının keçmiş rəisi” Movses Akopyanın noyabrın ortalarında istefa verməsini və həmin ayın 19-da keçirdiyi mətbuat konfransında bildiriklərinin Ermənistanda informasiya sahəsində “partlayış” yaratdığını xatırladan jurnalist bildirib. Akopyan bildirmişdi ki, Qarabağda “İskəndər” dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz.

Serj Sarqsyan müsahibəsində Gəncədə mülki şəxslərin yaşadığı məhəllənin hədəf alındığını etiraf edib.

Movses Akopyanın "İskəndər" raketinin Azərbaycanın hansı bölgəsinə atdığını gizlətməsi də Azərbaycanın dinc sakinləri yaşayan ərazilərinə Ermənistanın qadağan edilmiş silahlardan istifadə etdiyini təsdiqləyir. Qeyd edək ki, 2020-ci ilin oktyabrnda Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə bombalanıb. İlk hücum oktyabrın 4-də baş verib, bir mülki şəxs şəhid olmuş, 30-dan çox mülki şəxs isə yaralanmışdı. Bu, müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə oktyabrın 5-də baş vermişdi. Hücum nəticəsində 3 mülki şəxs yaralanmışdı. Üçüncü, raket atəşi oktyabrın 8-də edilmişdi. Dördüncü raket hücumu oktyabrın 11-də baş vermiş və nəticədə 10 mülki şəxs şəhid olmuş, 40-dan çox dinc sakin yaralanmışdı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdi. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə oktyabr 17-də edilmişdi. Hücum nəticəsində 16 dinc sakin ölmüş, 55 mülki vətəndaşı yaralanmışdı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, başqa mülki obyektlərə və avtomobillərə ziyan dəymişdi. Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanılmışdı.

Beləliklə, Sarqsyan bu açıqlaması ilə 44 günlük döyüşlərdə Ermənistanın dinc sakinlərə qarşı amansız olduğunu etiraf edib. O, Azərbaycana daha çox sayda "İskəndər" atılmamasına görə Ermənistan hakimiyyətini tənqid etməklə əslində özünü də ifşa edərək terrorçu xislətini ortaya qoyub.

Son xəbərlər

Orphus sistemi