Rusiyalı ekspert: "Neft bazarındakı qeyri-sabitlik çox çəkməyəcək"

Rusiyalı ekspert: "Neft bazarındakı qeyri-sabitlik çox çəkməyəcək" Nef bazarındakı mövcud qeyri-sabitlik uzun sürməyəcək, qiymətlərin tezliklə 42-45 ABŞ dolları səviyyəsinə qalxmaq ehtimalı var.
Analitika
321
10 Mart , 2020 14:51
Rusiyalı ekspert: Neft bazarındakı qeyri-sabitlik çox çəkməyəcək

"Nef bazarındakı mövcud qeyri-sabitlik uzun sürməyəcək, qiymətlərin tezliklə 42-45 ABŞ dolları səviyyəsinə qalxmaq ehtimalı var".

Bu barədə “Report”a rusiyalı politoloq, “Ali İqtisad Məktəbi” Milli Tədqiqatlar Universitetinin professoru Dimitriy Yevstafiev neftin kəskin ucuzlaşmasını şərh edərkən bildirib.

“Son hadisələrin iki əsas səbəbi var. Birincisi, Səudiyyə Ərəbistanı neft bazarını öz xeyrinə, habelə 2020-2021-ci illərdə borclarını qaytararaq sərmayə mötəbərliyini isbat etmələri həyati əhəmiyyət daşıyan ABŞ şist nefti hasilatçılarının xeyrinə yenidən qurmaq üçün oyun qurur”, - ekspert deyib.

O, ikinci səbəb kimi bazarın “ümumdünya iqtisadi böhranın labüd olmasına tam əmin” olduğunu göstərib.

Bununla yanaşı, neft ticarəti sahəsində ifrat möhtəkirlik yükünün toplandığı, İranla Səudiyyə Ərəbistanı arasındakı ziddiyyətlər, Səudiyyə Ərəbistanının ABŞ bazarına qayıtmaq səyləri kimi qeyri-aşkar amillərin də olduğu qeyd olunub.

“Bir çox amil arasında tarazlığın yaranması Rusiyadan asılıdır və Rusiya də seçimini etdi” deyən ekspert neft hasilatına məhdudiyyətlərin uzadılmasına dair OPEC-in razılaşma müddətini Rusiyanın uzatmaq istəməməsinə eyham vurub.

D.Yevstafiyev neftin qiymətinin orta perspektivindən danışıb, hazırkı sabitsizliyin iki həftəyədək davam edəcəyini söyləyib: “Orta perspektiv ən mühüm ölkələrin maliyyə qurumlarının nə edəcəyindən, yəni böhranı yalnız neft sahəsi ilə məhdudlaşdırıb- məhdudlaşdırmayacağından, neftlə bağlı qiymətli kağızlarını əllərində aktiv kimi saxlayan maliyyə təsisatlarının müflisləşib-müflisləşməyəcəyindən asılıdır. Bu, baş tutmasa, illik maliyyə böhranı labüddür”.

Neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması ehtimalına toxunan rusiyalı ekspert bunun yalnız “dempinq müharibəsi iştirakçılarından heç olmasa birinin məqsədlərinə çatması”ndan sonra mümkün olacağını diqqətə çatdırıb: “Qısa müddətə neftin 42-45 ABŞ dollarınadək qalxması mümkündür, uzunmüddətli sabitləşmə isə dünya iqtisadi artımın bərpasına bağlıdır. Bu da bir çox amildən asılıdır və hər halda ilyarım – iki ilin məsələsidir. Hələlik bəzən əhəmiyyətsiz hadisələrə kəskin reaksiyanın doğurduğu yüksəliş və çöküşlər mümkündür”.

Son xəbərlər

Orphus sistemi