Bu barədə “Report”a Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, rusiyalı ekspert Aleksandr Karavayev bildirib.
“Burada İqtisadiyyat Nazirliyinə
Mikayıl Cabbarovun İqtisadiyyat naziri vəzifəsinə təyin edilməsinə münasibət bildirən politoloq bildirib ki, burada onun vəzifəsi Azərbaycan hakimiyyətinin iqtisadi qolunu hərtərəfli təkmilləşdirmək olacaq: "Çünki indi söhbət, sadəcə, hökumətdən yox, bütövlükdə ölkə iqtisadiyyatından gedir. Büdcə gəlirləri də, məsrəfləri də vahid bir quruma tabe olmaqla nəzarətə götürülməlidir”.
Ekspert hökumətin iqtisadi qolunun bu cür nizamlanmasının zəruri addım olduğunu, sistemli artıma istiqamətlənmiş iqtisadiyyata malik ölkələrin hamısının bu mərhələdən keçdiyini diqqətə çatdırıb: “Məsələn, bir neçə il əvvəl Azərbaycanın ticarət nümayəndəlikləri Xarici İşlər Nazirliyi tabeliyindən çıxarılaraq İqtisadiyyat Nazirliyinə verildi. Və cəmi iki il ərzində müxtəlif ölkələrdə bir çox ticarət nümayəndəlikləri yarandı. Bu da ixracatı genişləndirməyə diqqəti cəmləmək üçün nazirlik çərçivəsində çox ciddi alətdir. Belə ki, qeyri-xammal gəlirlərinin əldə edilməsi iki alətin birgə və həmahəng çalışmasıdır. Məsələ əvvəla, ölkə içərisində müxtəlif sahələrə aid müxtəlif səviyyəli, müxtəlif emal dərəcəli, o cümlədən Azərbaycan üçün yeni olan istehsalın inkişaf etdirilməsindən, digər tərəfdən də həmin istehsalat artımı hesabına ölkənin ixracatını maksimum dərəcədə genişləndirilməsindən ibarətdir”.