Yuxarı
    Bağlamaq

    Rusiyada dolların məzənnəsi 55-60 rubl diapazonunda dalğalanacaq

    Dollar mərhələli şəkildə 60 RUB/USD səviyyəsinə yaxınlaşacaq

    Bakı. 3 may. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsinin 55 rubldan aşağı düşməsi gözlənilmir. "Report"un analitik qrupu bildirir ki, bununla yanaşı dolların məzənnəsində kəskin artımın da olması proqnozlaşdırılmır. 

    Yaxın bir ay ərzində Rusiyada dolların məzənnəsinin maksimal həddi 60 RUB/USD ola bilər. Belə ki, may ayının 25-də OPEC-in növbəti toplantısında neft hasilatının azaldılması ilə bağlı Vyana anlaşmasının müddətinin uzadılması gözlənilir ki, bu da neft qiymətlərini 50 dollar/barel səviyyəsindən yuxarı həddə qalmasına kömək edəcək. Lakin bu, dolların ucuzlaşmasına gətirib çıxarmayacaq. Çünki Rusiya rəsmiləri dolların məzənnəsinin ucuzlaşmasını istəmədiklərini dəfələrlə bildiriblər. Bu səbəbdən dolların məzənnəsinin mərhələli şəkildə möhkəmlənərək 60 rubl səviyyəsinə yaxınlaşması ehtimal edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi