"Report": Yaxın bir ayda dolların məzənnəsi psixoloji həddi keçəcək

"Report": Yaxın bir ayda dolların məzənnəsi psixoloji həddi keçəcək Proqnoz: Növbəti 3 ildə Türkiyədə dolların 6 lirə, Rusiyada isə 100 rubl həddini ötməsi istisna edilmir
Analitika
14 Noyabr , 2017 13:18
Report: Yaxın bir ayda dolların məzənnəsi psixoloji həddi keçəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabrın 12-13-də keçirəcəyi növbəti iclasa qədər Türkiyədə dolların məzənnəsinin 4 lirə, Rusiyada isə 60 rubl həddini ötəcəyi gözlənilir. 

"Report"un analitik qrupu bildirir ki, dekabr iclasında FED-in uçot dərəcəsini artırması ehtimalı hazırda 100% təşkil edir. Bu səbəbdən, dolların hazırda qlobal valyuta bazarında ucuzlaşmasına və neftin qiymətinin yüksəlməsinə baxmayaraq Türkiyə və Rusiyada dollar möhkəmlənir.

Analitik qrup xəbər verir ki, hər iki ölkədə dolların möhkəmlənməsi müvəqqəti xarakter daşıyır: "FED-in iclasından sonra dolların hər iki ölkədə ucuzlaşacağı, amma ilin orta qiymətindən bir qədər yuxarı olacağı ehtimal edilir. Türkiyədə yaxın zamanlarda məzənnənin 4,10-4,20 TRY/USD, Rusiyada isə 62-64 RUB/USD səviyyəsinə çatacağı proqnozlaşdırılır. İclasdan sonra və 2018-ci ilin ilk rübündə dolların məzənnəsi müvafiq olaraq 3,90TRY/USD və 59 RUB/USD-yə kimi geriləyə bilər. Lakin 2018-ci ilin sonuna yaxınlaşdıqca, hər iki ölkədə dolların sürətlə bahalaşması və bu trendin 2020-ci ilə qədər davam etməsi ehtimal olunur. 2020-ci ilə qədər Türkiyədə dolların 6 lirə, Rusiyada isə 100 rubl həddini ötməsi istisna edilmir". 

Son xəbərlər

Orphus sistemi