“Report”: Suriya ətrafında baş verənlər dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək - ANALİTİKA

“Report”: Suriya ətrafında baş verənlər dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək - ANALİTİKA İnvestorlar gözləmə mövqeyi tutacaqlar
Analitika
101
16 Aprel , 2018 10:21
“Report”: Suriya ətrafında baş verənlər dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək - ANALİTİKA

Bakı. 16 aprel. REPORT.AZ/ ABŞ, Böyük Britaniya və Fransanın daxil olduğu Qərb koalisiyasının Suriyaya son hücumu dünya iqtisadiyyatı, o cümlədən investorlar üçün yaxşı heç nə vəd etmir.

“Report”un analitik qrupu hesab edir ki, əgər iş adamları hava hücumu barədə xəbəri eşitdikdən sonra səhm satmağa qərar veriblərsə, artıq gecikiblər.

Çünki investisiya şirkətləri bu məsələdə fərdi investorlardan da zirəkdirlər və sözügedən hücumun qiymətinə mənfi təsir edə biləcəyi səhmləri dərhal realizə edirlər. Son nəticədə yaranmış şəraitdən itkisiz çıxanlar elə şirkətlər olur.

Suriyada baş verənlər ucuz qiymətə səhm almaq üçün fürsət kimi də qiymətləndirilə bilər. Son 100 ilin tendensiyası göstərir ki, birjalarda vəziyyətin sabitləşməsi, səhmlərin qiymətinin böhrandan əvvəlki həddə çatması üçün bəzən 6 ay da kifayətdir.

Bununla belə, demək olmaz ki, bütün investorlar Suriyada vəziyyətin gərginləşməsinə fürsət kimi baxacaqlar. Böyük ehtimalla, onların əksəriyyəti gözləmə mövqeyi tutacaqlar və sabitliyin ilk siqnallarını alana qədər heç bir maliyyə alətinə pul qoymayacaqlar. 

Son xəbərlər

Orphus sistemi