“Report”: ABŞ dolları və avronun məzənnəsi bərabərləşə bilər - ANALİTİKA

“Report”: ABŞ dolları və avronun məzənnəsi bərabərləşə bilər - ANALİTİKA ABŞ-ın dünya siyasətində mövqeyinin güclənməsi dolları bahalaşdırmaqdadır
Analitika
1239
23 May , 2018 10:39
“Report”: ABŞ dolları və avronun məzənnəsi bərabərləşə bilər - ANALİTİKA
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ ABŞ-ın dünya siyasətində mövqeyinin güclənməsi ölkənin milli valyutası - dolların dünya iqtisadiyyatında çəkisini artırmaqda, onu bahalaşdırmaqdadır.

“Report”un analitik qrupu xatırladır ki, ötən ilin may ayında Səudiyyə Ərəbistanına 110 mlrd. dollarlıq silah satan və bununla da dünyada silah satışı ilə bağlı rekorda imza atan ABŞ bundan 1 ay sonra (iyun) Qətəri ondan 12 mlrd. dollarlıq silah almağa razı salmışdı.

İndi isə 2 ay davam edən ABŞ-Çin ticarət müharibəsi 1-cinin qələbəsi ilə yekunlaşmaqdadır. Rəsmi Pekin və Vaşinqton arasında əldə olunmuş razılığa əsasən, Çin ABŞ-dan ildə 200 mlrd. dollar (ayda təxminən 17 mlrd. dollar) dəyərində mal alacaq. Bu isə o deməkdir ki, həm indiyə qədər Çinə mal satan başqa ölkələrin bazarı məhdudlaşacaq, həm də ABŞ-dan kənardakı dollar kütləsinin həcmi azalacaq.

Digər tərəfdən isə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) gələn ay uçot dərəcəsini artırması gözlənilir. Amma, bu, 2018-ci ilin son faiz artımı olmaya bilər. Əgər analitiklərin gözlədiyi kimi uçot dərəcəsi ilin sonuna qədər 3%-ə çatdırılsa, bu, qlobal maliyyə bazarlarının dövriyyəsindən, təxminən, 15 mlrd. dollar vəsaitin çıxarılması deməkdir.

Son nəticədə Amerika valyutası digər xarici valyutalar qarşısında nəzərə çarpacaq dərəcədə dəyər qazanacaq. Söhbət ilk növbədə avrodan gedir. Əgər Avropa Mərkəzi Bankının hansısa sürprizləri olmasa, USD/EUR nisbətinin 1-1,1-ə düşəcəyini proqnozlaşdırmaq olar. 

Son xəbərlər

Orphus sistemi