Qrant dalınca qaçanlar və ya nəyə görə ABŞ institutu dünyanı yanıldır?

Qrant dalınca qaçanlar və ya nəyə görə ABŞ institutu dünyanı yanıldır? IHME-nin metodologiyayasının əsasında nə dayanır?
Analitika
175
10 May , 2021 15:16
Qrant dalınca qaçanlar və ya nəyə görə ABŞ institutu dünyanı yanıldır?

DW agentliyinin bu yaxınlarda dərc olunmuş məqaləsində ABŞ-ın Sağlamlıq Ölçmə və Qiymətləndirmə İnstitutunun (IHME) məlumatlarına yer verilib və keçmiş SSRİ və “sosialist düşərgə” ölkələrinin COVID-19-dan ölüm məsələsində lider olduğu göstərilib. Bu iddialar nəyə lazımdır, hansı metodologiyaya əsaslanır və ümumiyyətlə əsaslanırmı? Axı faktlar inadkar şeylərdir və statistikaya görə, dünya miqyasında koronavirus infeksiyasından ölüm reytinqində ilk yerləri MDB ölkələri deyil, Macarıstan, Cəbəllütariq və Çexiya kimi Avropa ölkələri tutur. Dünya mediası isə Hindistan, Braziliya və elə ABŞ-ın özü kimi bir sıra ölkələrdə ağır epidemioloji vəziyyətlə bağlı xəbərlərlə doludur.

Nə üçün IHME rəqəmləri şişirdər və oxucuları yanıldır? İş ondadır ki, institutun özünün fəaliyyəti və hesablamalarında istifadə etdikləri metodologiya kompetensiya və ədalət hissi yaratmır. Sağlamlıq Ölçmə və Qiymətləndirmə İnstitutu (IHME) Sietldəki Vaşinqton Universitetində qlobal sağlamlıq statistikası və təsir qiymətləndirməsi sahəsində çalışan araşdırma institutudur. IHME tədqiqat aparır və alimlərə, siyasətçilərə və ictimaiyyətə sağlamlıq göstəricilərinin konsepsiyaları, metodları və alətləri barədə məlumat verir. Ancaq bütün bunların arxasında nə var - səhiyyə, yoxsa siyasət və özünü reklam etmək?

Amerikanın bu təşkilatının fəaliyyətinin yüngülvari araşdırması zamanı belə olduqca diqqətəlayiq faktlara rast gəlmək olar. Məsələn, vikipediya administrasiyası onun barədə məlumat verərkən belə bir qeyd əlavə edir: “Bu məqalədə reklam məzmunu var. Zəhmət olmasa, reklam məzmunu və uyğun olmayan xarici keçidləri silməklə, eləcə də neytral nöqtəyi-nəzərdən yazılmış ensiklopedik məzmun əlavə etməklə onu yaxşılaşdırmağa yardım edin”. Bu qeyd sözügedən təşkilatın çox güman, özü haqqında reklam xarakterli məqaləni elektron ensiklopediyada yerləşdirərək özünüreklamla məşğul olduğunu sübut edir.

İnstitutun haradan maliyyələşdirdiyini araşdıran zaman aşkarlanan faktlar isə onun fəaliyyətlərinin motivini yaxşıca üzə çıxara bilər. IHME 2007-ci ilin iyun ayında əsasən Bill və Melinda Geyts Fondu tərəfindən maliyyələşdirilən 105 milyon dollarlıq əsas qrant əsasında fəaliyyətə başlayıb. Hamı Bill Geytsin səs-küylü açıqlamalarını xatırlayır: o, dünyanı çiplə təhdid edib, ardından da dünya ictimaiyyətini, dediyinə görə, SARS-CoV-2 virusundan on qat daha pis ola biləcək yeni pandemiya ilə qorxutmağa başlayıb. Eyni zamanda, pandemiya dövründə o, sərvətini 8 milyard dollar artıraraq zənginləşməyi də bacarıb.

 Bill Geyts
Bill Geyts

Ancaq gəlin verilən məlumatların etibarlılığı ilə bağlı məsələyə qayıdaq. Təşkilat hesabatında göstərir ki, dünyada COVID-19-dan ölüm hallarının sayı rəsmi göstərildiyindən 2 dəfə çoxdur və 3 may 2021-ci il tarixində təxminən 7 milyon nəfər təşkil edir. Bu, dünyada “tıxaca düşmüş” vaksinasiya prosesinə təkan vermək üçün hazırlanmış, əczaçılıq sənayesinə yönəlmiş “reverans”dan başqa bir şey deyil.

Bu kontekstdə ABŞ institutunun məhz “keçmiş sosialist düşərgəsi” ölkələrinə diqqət ayırması təəccüblü deyil, çünki bir qayda olaraq ABŞ-ın yox, Çin və Rusiyanın peyvəndlərini alırlar.

IHME-nin fəaliyyəti bir neçə dəfə tənqid olunub. Belə ki, Sidney Universitetinin alimləri ABŞ-da qeydə alınan ölüm hallarının 70%-dən çoxunun IHME-nin proqnozlaşdırılan intervalına uyğun olmadığını düşünürlər. IHME-nin proqnozları reallıqla uyğunlaşmadığı üçün ondan səhiyyə resurslarının planlaşdırmasında istifadə etmək risklidir.

Bu İnstitutun “COVID-19-dan real ölümü” müəyyən etmək metodologiyasını da heç də birmənalı adlandırmaq olmaz. “COVID-19-dan real ölüm”ün təyin olunmasında ən vacib parametrlərdən biri “izafi ölüm”dür və hətta hesabat müəlliflərinin özləri də etiraf edirlər ki, burada uyğunsuzluqlar var və bir çox amil nəzərə alınmır. Lakin bu göstərici hər zaman ölkələrin rəsmi məlumatlarına əsaslanır. Beləliklə, 2020-ci ildə Azərbaycanda “izafi ölüm” 2019-cu ilin göstəriciləri ilə müqayisədə təxminən 19 min nəfər (cəmi 75 647 nəfər) olub ki, bunun sa 2 858-i 2020-ci ildə qeydə alınmış hərbi itkilərdir. Ümumilikdə “izafi ölüm” göstəricisi (qeyr-hərbi səbəblərə görə) təxminən 16 min nəfər təşkil edib.

Azərbaycan kimi müharibədən çıxan və pandemiya şəraitində yaşayan ölkə qismində Ermənistanı götürsək, vəziyyət bizə getdikcə daha qeyri-inandırıcı görünəcək. Orada “izafi ölüm” göstəricisi 9 185 nəfər olub, bunun da 2 291-i rəsmi olaraq tanınan hərbi itkilərdir, 6 894 isə qeyri-hərbi səbəblərdən ölənlərin sayıdır. Bir faktı da xatırlatmaq yerinə düşər ki, Azərbaycan əhalisi Ermənistan əhalisindən üç dəfə çoxdur. IHME-nin yanaşmasından istifadə etsəydik, Ermənistanda “izafi ölüm”ün 20 mindən çox olacağı mənzərə ilə qarşılaşardıq. Sual yaranır: onda bəs nə üçün Ermənistan bu siyahıya daxil edilməyib? Sual açıq olaraq qalır.

Elə Sağlamlıq Ölçmə və Qiymətləndirmə İnstitutunun metodologiyasının əsasında nəyin – dünya ölkələrinin səhiyyə sistemi ilə bağlı real narahatlığın, yoxsa siyasət və “donor ianələri” dalınca qaçmağın durduğu da açıq sualdır.

Rəsmi statistika ilə müqayisə açıq şəkildə göstərir ki, burada söhbət klikbeyt acı olan dünya KİV-nin həvəslə dərc və təbliğ etdiyi koronavirus infeksiyası mövzusundakı növbəti “araşdırma”dan gedir.

Son xəbərlər

Orphus sistemi