Ermənistan hakimiyyətinin uzun illərdir dünya ictimaiyyətinə sırımaq istədiyi bir sıra "ideyalar" zaman keçdikcə su kimi axıb gedir. Beynəlxalq qurumlar hələ indiyə qədər rəsmi Yerevanın təkliflərinə müsbət qiymət verməyib, bir növ həmin "ideya və təşəbbüslər" layiq olduğu qiyməti alaraq bir kənara atılıb. Ermənistan və dünya erməniləri həmin "ideyaları" dəstəkləməyə çalışıb, onlarla eyni mövqedəkilərin süzgəci isə, bir qayda olaraq, ermənilərin apardıqları düşmənçilik siyasəti ilə eyni məsafədə dayanıb. Bu, dünya dövlətlərinin “erməni soyqırımı” kimi tarixi saxtakarlığında, habelə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasında, digər qonşu dövlətlərə qarşı ərazi iddialarında özünü açıq-aydın göstərir.
Ermənilərin saxtakarlıqları faşistin dünyaya, o cümlədən Rusiyaya qəhrəman kimi sırınması səviyyəsinədək gəlib çatıb. İkinci Dünya müharibəsində Hitler faşistlərinin əlaltısı olmuş Qaregin Njdeyə Rusiyada xatirə lövhəsi qoyulması da buna nümunədir. Ermənistan hakimiyyəti elə zənn edirdi ki, Rusiyaya etdikləri ərköyünlük, aşiq-məşuq oyunu bu dəfə də baş tutacaq. Ancaq görünür, Rusiyanın da ermənilər üçün çəkdiyi qırmızı xətt var. Moskva Ermənistanın törətdiyi Njde biabırçılığından Azərbaycanın yardımı ilə xilas oldu. Əks halda, Njdenin xatirə abidəsinin Armavirdə kilsə həyətində qalması Böyük Vətən Müharibəsində həlak olanların və yaralananların ruhlarına, sağ qalanlara, o cümlədən qələbənin əldə edilməsində arxa cəbhədə fəaliyyət göstərənlərə, Bakı neftçilərinə hörmətsizlik olardı. Bu həm də Böyük Vətən müharibəsi ilə bağlı Rusiyanın apardığı siyasi ideologiyaya qarşı çıxmaq kimi qəbul edilə bilərdi.
Qeyd edək ki, Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı olmuş Qaregin Ter-Arutyunyana (Qaregin Njde) quraşdırılan xatirə lövhəsi sökülüb. Rusiyalı konfiliktoloq Yevgeni Mixaylov deyib: “Armavirdə Njdeyə qoyulan xatirə lövhəsi ilə bağlı vəzyyət öz məntiqi nəticəsinə çatdı. Bu, Böyük Vətən müharibəsini xatırlayan və xatirəsinə ehtiramla yanaşan Rusiya və Azərbaycan hökumətlərinin ümumi qələbəsidir”. Noyabrın 11-də isə Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov Qaregin Ter-Arutyunyana (Njde) quraşdırılan xatirə lövhəsinin üstünə qara boya çəkib. Həmçinin yerli sakinlər xatirə lövhəsinin yığışdırılması ilə bağlı məsələ qaldırıblar. O zaman deputat bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd edib: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”. Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov isə bu lövhəni “qırmızı cındır” adlandırıb və bildirib ki, lövhənin sökülməsi istiqamətində mübarizəsinin davam etdirəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti
Ermənistan baş naziri Nikol Paşinyanın faşist əlaltısını “erməni milli lideri” kimi təqdim etməsinin isə Kreml və Rusiya ictimaiyyəti qəbul etmədi. Onun bu faşist nökərini keçmişdə bolşeviklərə qarşı mübarizə aparan antikommunist kimi təqdimatı da iflasa uğradı. Çünki antibolşeviklərlə bu cür erməniləri bir-birindən ayrıd etmək elə də çətin deyil. Njde anti-bolşevik olmayıb. O, faşist ideologiyasını türklərə qarşı tətbiq etməyə çalışıb. Başqa sözlə, o, Hitlerin insanlığa qarşı olan ideologiyasının həyata keçməsində canfəşanlıq göstərib. Yəhudilərin soyqırımında iştirak edib. Ermənistan hakimiyyətinin faşist əlaltısının ətəyindən tutmasına səbəb nədir? Yəhudi soyqırımında fəal iştirak etmiş Njdeyə heykəli Ermənistanın keçmiş prezidenti,
Həmin vaxt rəsmi Yerevan Avropa İttifaqı ilə Assosiativ üzvlük barədə sazişi imzalamağa hazırlaşırdı. Buna görə də heç vaxt öz yerişi olmayan Ermənistan hakimiyyəti faşistlərə xidmət etmiş və ya onlardan bolşeviklərə qarşı mübarizədə yaralanmış Baltikyanı ölkələrin hakimiyyəti və ictimaiyyəti kimi davranmağa çalışırdı. Başqa sözlə, rəsmi Yerevan Qərbin, Avropa İttifaqının gözündə anti-Rusiya kimi görünmək üçün Njdeni ortaya atdı. Ancaq onların bu erməni faşistdən fərqini tarix çox gözəl bilir. Həmin antibolşeviklər öz dövlətlərinin bərpası uğrunda mübarizə aparırdı. Ancaq Njdenin hədəfi türklər və yəhudilər olmuşdu. Elə Sarqsyanın ona heykəl qoyması, Paşinyanın isə onu qəhrəmanlaşdırmağa çalışması türk düşmənçiliyindən irəli gəlir. Paşinyanın “Sasna srer” anti-Rusiya qruplaşması ilə əməkdaşlğı da bunu təsdiqləyir. Bunlar njdelərin təbliğatının davamçılarıdır və onların faşizmə qarşı mübarizəyə heç bir aidiyyəti yoxdur. Paşinyanı hakimiyyətə gətirən hərəkatın iştirakçıları bütövlükdə Rusiyaya qarşı fəaliyyət göstərir. 2018-ci ilin hadisələri zamanı “Sasna srer” bildirirdi: “Bu, Rusiya müstəmləkəçiliyinə qarşı milli azadlıq hərəkatıdır. Bunu hər kəsin, beynəlxalq ictimaiyyətin dərk etməsini istəyirik”. Onlar açıq şəkildə Ermənistanın Rusiyanın quberniyası olmasına etiraz etdiklərini vurğulayırdılar. Həmin paşinyançılar Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edirdilər.
Bu baxımdan Ermənistanın baş nazirinin “Sasna srer”dən heç bir fərqi olmadığını bir mənalı şəkildə vurğulamaq olar. Onun Njdeni müdafiəsi də bu qruplaşmanın siyasi-ideoloji xəttini təmsil etməsindən irəli gəlir. Erməni ictimaiyyətinin bir qismi “Sasna tsrer" qrupunu Ermənistanın “xilaskar"ı sayır. Paşinyan da bu dəstədəndir. Artıq ermənilər arasında daşnaksütyunun nüfuzu zəifləyir. Onun yerini “Sasna srer” tutur. Paşinyan başda olmaqla yeni nəsil onun yetirməsidir. Njde isə bu qüvvələrin ideoloqudur. Paşinyanın da öz erməni-faşist ideloqlarını Rusiyaya Böyük Vətən müharibəsi qəhrəmanı, keçmiş Sovet İttifaqında dissident kimi sırımağa cəhdi baş tutmadı. Beləliklə, Paşinyan və erməni-faşisti ilə bağlı məsələdə onun kimi düşünənlərin özlərini anti-rusiyaçı kimi göstərmək cəhdi iflas uğradı. Rusiyaya yaxın olduqlarını sübut etmək üçün isə Ermənistan baş nazirinin “Biz Avropa İttifaqına üzv omaq istəmirik” mesajını verməklə qərbə yalan danışıqları və boş vədlər verdikləri də aşkarlandı. Necə deyərlər - bütün pis əməllərin ömrü 40 gün çəkər. Nikol Paşinyanın da Njde barədə saxtakarlığı o qədər sürdü.