Yuxarı
    Bağlamaq

    Proqnoz: Dollar yeni həftəyə 1,50 AZN/USD səviyyəsindən başlayacaq

    Report: Yay aylarında Azərbaycanda nağd dollar təklifinin artması gözlənilir

    Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda ABŞ dollarının sabah, aprelin 1-i üçün rəsmi məzənnəsinin 1,52 AZN/USD səviyyəsinə qədər enəcəyi proqnozlaşdırılır. "Report"un analitik qrupunun müşahidələri göstərir ki, son günlər Mərkəzi Bankın (AMB) axşam saatlarında sabahkı gün üçün ictimaiyyətə açıqladığı dolların məzənnəsi adətən cari günün səhər saatlarında kommersiya banklarının satış məzənnəsinə yaxın olur. 

    "Qeyd edək ki, burada daha aktiv valyuta ticarəti aparan kommersiya bankları, əsasən "Zaminbank" ASC-nin satış göstəricisi nəzərdə tutulur. Hazırda bu bankda dolların satışı 1,5220 AZN/USD-yə bərabərdir. Böyük ehtimalla sabah, aprelin 1-nə rəsmi məzənnə də bu rəqəmə yaxın olacaq", - deyə analitiklər qeyd edir.

    "Report"un ekspertləri gələn həftənin ilk günü, aprelin 4-də rəsmi məzənnənin 1,50 AZN/USD səviyyəsində olacağını, kommersiya banklarının valyutadəyişmə şöbələrində isə dolların 1,49 AZN/USD ətrafında alınıb-satılacağını ehtimal edir. 

    "Dolların zəifləməsi prosesi önümüzdəki həftə də davam edərək 1,45 AZN/USD-yə qədər düşəcəyi istisna edilmir. AMB-nin məzənnənin 1,40 AZN/USD səviyyəsinə düşəcəyi təqdirdə müntəzəm keçirdiyi hərracların sayını 3-dən 2-yə və ya hətta 1-ə salması mümkündür. Dollarda daha sərt enmə olarsa, AMB-nin manat intervensiyasına başlaması mümkündür", - deyə analitiklər vurğulayıblar. 

    Qeyd edək ki, yay aylarında Azərbaycana gələn turistlərin sayının artması və "Formula-1" yarışının izləyicilərinin ölkəyə gəlməsi nağd dolların bazardakı təklifini yüksəldəcək, bu isə öz növbəsində manatın möhkəmlənməsinə əlavə stimul verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi