Müttəfiqlərini satan Ermənistan - KTMT-yə faydasız İrəvan - ŞƏRH

Müttəfiqlərini satan Ermənistan - KTMT-yə faydasız İrəvan - ŞƏRH Ermənistan 4 ildən artıqdır Rusiyaya qarşı ikiüzlülük edir. Bu ölkənin baş naziri Nikol Paşinyan gah sürətlə Moskvaya yaxınlaşır, ya da özünü qərbyönlü göstərmək üçün demokratik dəyərlərdən danışır. Ancaq hər iki halda o, yalan danışır, saxtakarlıq edir.
Analitika
23 Noyabr , 2022 13:50
Müttəfiqlərini satan Ermənistan - KTMT-yə faydasız İrəvan - ŞƏRH

Ermənistan 4 ildən artıqdır Rusiyaya qarşı ikiüzlülük edir. Bu ölkənin baş naziri Nikol Paşinyan gah sürətlə Moskvaya yaxınlaşır, ya da özünü qərbyönlü göstərmək üçün demokratik dəyərlərdən danışır. Ancaq hər iki halda o, yalan danışır, saxtakarlıq edir. “Əbədi mənafe olmur” prinsipi ilə yanaşanlar onun dövlətinin maraqlarını güddüyünü əsas göstərsələr də, əslində Paşinyan fırıldaq və hiylə ilə siyasətin yerini dəyişik salır.

Hazırda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısı keçirilir. Bu təşkilatın təşəbbüskarı və sponsorunun Rusiya olduğu hər kəsə gün kimi aydındır. Odur ki, üzv dövlətin KTMT-yə münasibəti həm də Moskvanın siyasətinə yanaşmasının göstəricisidir. Nikol Paşinyan müxalifətdə olduğu, daha doğrusu qərbin qrantları hesabına ictimai-siyasi fəaliyyətlə məşğul olduğu illərdə Kremlin himayə etdiyi KTMT-yə və Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlar edirdi. O, bu təşkilatların sırasında qalmağı faydasız sayır, üzvlükdən çıxmaq barədə təklif irəli sürürdü. Hətta məsələ bir dəfə parlamentin gündəliyinin layihəsinə də daxil edillmişdi. Ancaq yetərincə səs qazanmadığı üçün müzakirə olunmadı.

Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyanın belə çıxış və fəaliyyətini qrant aldığı donorlara özünü anti-Rusiya göstərmək səyi kimi də qiymətləndirmək olar. Hökumətin başına gələndən sonra da o, Rusiya və Qərb arasında vurnuxmağa başlayıb. Məsələn, Ermənistanın keçmiş prezidentləri, rusiyapərəst Robert Koçaryan və Serj Sarqsyana qarşı cinayət işinin davam etməsi, Koçaryanın bir müddət həbsdə saxlanılması və s. məsələlər onun Kremlin siyasətinə qarşı çıxış etmək cəhdlərindən sayıla bilər. Rusya Prezident Vladimir Putin təxminən 3 il öncə Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində İrəvana səfər etmiş o vaxt həbsdə olan Koçaryanın həyat yoldaşı Bella ilə görüşmüşdü. Bundan bir müddət sonra Nikol Paşinyan hökumətinin hüquq-mühafizə orqanları Koçaryanı zaminə buraxdılar. Paşinyan bununla Rusiyaya yaxınlaşmağa başladı.

Ermənistanda KTMT-nin o vaxtkı baş katibi Yuri Xaçaturova və oğlu İqora qarşı cinayət işi başlandı. Paşinyan bu sabotajı ilə KTMT-nin fəaliyyətini bir müddət iflic vəziyyətinə saldı. Heç şübhəsiz bu, ilk növbədə Rusiyanın hərbi təşkilatla bağlı siyasətinə qarşı çıxmaq, “mən Rusiyaya qarşı mübarizə apara bilərəm” düşüncəsi ilə qərb dövlətləri qarşısında Kremli aşağılamaq idi. Ehtimal etmək olar ki, Nikol Paşinyan bununla həm də Qərbdən müəyyən məbləğdə maliyyə dəstəyi alıb. Çətin vəziyyətdə qalan Paşinyan bununla Rusiyanın rəsmi İrəvana olan soyuq münasibətini yumşaltmağa səy etdi. Ancaq Kreml erməni hiyləgərliyi və yalançılığını bildiyindən onun ipinin üstünə odun yığmadı. İllərin təcrübəsi isbatlayır ki, regionda pozuculuq əməlləri, təhlükəsizliyi təhdid edən fəaliyyəti ilə Ermənistan Cənub Qafqazda maraqları olan xarici dövlətlər üçün cəsus-ölkə rolunu oynayır. Rəsmi İrəvan Rusiya ilə bağlı informasiyanı Qərbə, əks tərəfə dair məlumatları isə Kremlə ötürə bilər.

44 günlük müharibədə, ondan sonrakı dönəmdə rəsmi İrəvan sərhədlərinə NATO qüvvələrinin Ermənistan ərazsində yerləşdirilməsi istiqamətində cəhdləri üzvü olduğu KTMT-nin və strateji müttəfiqi sayılan Rusiyanın maraqlarını Qərbə satmaq idi. Habelə, rəsmi İrəvan KTMT-nin əsaslarını sarsıtmaq üçün bir sıra pozuculuq fəaliyyəti göstərib. Məlumatlara əsasən, Ermənistan təşkilat çərçivəsində hərbi planlaşdırma va birgə hava hucumundan müdafiə sistemləri barədə məlumatları Qərbə sızdırıb. Habelə Rusiyaya məxsus silah sistemlərinin bütün texniki xarakteristikaları, Rusiyanın döyüş planları, döyüş hazırlığı va hərbi əməliyyatların aparılması metodologiyasını,Rusiyada hərbi müəssisələrdə təhsil alan erməni zabitlərin təhsillə bağlı bütün materialları həmin istiqamətə yönəltməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, Ermənistan kursantları ilə birgə təhsil alan rusiyalı hərbçilərin şəxsi məlumatlarına dair qovluqları belə Qərbə ötürüb.

“Dost” dediyi insanlara, dövlətlərə arxadan zərbə vurmaq ermənilik milli ideologoiyasından, erməni milli kimlik xislətindən doğur. Dövlətlərın, insanların müəyyən təşkilatlarda (beynəlxalq hüquq və yerli qanunlarla cinayətkar olmayan) fəaliyyət göstərməsi və ya oradan çıxması kimi hüququ var. Ancaq təşkilata üzv olaraq barəsində rəqiblərə məlumat ötürmək xəyanət və cinayətdir. Bu baxımdan Ermənistan hökuməti və siyasi elitası etibarsız sayıla bilər. Nikol Paşinyanın KTMT-ni əsassız olaraq ittiham etməsi də cavabsız qalmır. 44 günlük müharibədən sonra rəsmi İrəvan təşkilatı Azərbaycana qarşı çıxş etməməkdə günahlandırırdı. Ancaq üzv dövlətlərin “Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib” bəyanatı Nikol Paşinyana və hökumətinə əsaslı cavab idi.

Bu ilin oktyabrında Ermənistanın təşəbbüsü ilə Azərbaycan-Ermənistan arasındakı gərginliyi müzakirə etmək üçün KTMT-nin növbədənkənar sessiyasi keçirilib. Bu toplantıda Paşinyan yenə Azərbaycana qarşı əsassız, avantürist, qızışdırıcı, qanunazidd təkliflərlə çıxış etdi. O, KTMT-ni tərk edəcəkləri ilə bu təşkilatı dolayı olaraq hədələyib. Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dost dövlət olduğunu vurğulayaraq üzv ölkələrə "öz mövqelərini müəyyənləşdirməyi” təklif edən Nikol Paşinyanı da tənqid etmişdi:

“Siz tələb etdiniz ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci qaldırdığınız sual: Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edin, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq”.

Bu, Ermənistan hakimiyyətinin bir təşkilat daxilində uğursuz təxribat yaratmaq cəhdinə dair örnəkdir. Rəsmi İrəvanın etibarsız və sürüşkən mövqeyi Azərbaycanla danışıqlarda, əldə edilmiş razılşamaların yerinə yetirilməməsində də özünü göstərir. Ötən iki il ərzində Ermənistan üçtərəfli bəyanatın müddəalarını, Brüssel, Soçi razılşamalarını yerinə yetirməyib. O, müxtəlif bəhanələr gətirmək, atəşkəsi rejimini pozmaqla öhdəliklərə əməl etməkdən yayınmağa çalışır. Çünki yalan, riya, kin, nifrət və fırıldaq üzərində qurulan bir dövlətdən artığını gözləmək sadəlövhlük deyilmi?!

Son xəbərlər

Orphus sistemi