ISW: Ukrayna cənubdakı ikinci müdafiə xəttinə hücum etmək üçün yetərincə irəliləyib

ISW: Ukrayna cənubdakı ikinci müdafiə xəttinə hücum etmək üçün yetərincə irəliləyib Ukrayna qüvvələri Rusiyanın ikinci müdafiə xəttinə hücum etmək üçün cənubda yetərincə irəliləyib.
Analitika
27 Avqust , 2023 12:20
ISW: Ukrayna cənubdakı ikinci müdafiə xəttinə hücum etmək üçün yetərincə irəliləyib

Ukrayna qüvvələri Rusiyanın ikinci müdafiə xəttinə hücum etmək üçün cənubda yetərincə irəliləyib.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəlib.

Onların qənaətincə, Ukrayna hərbçiləri Zaporojye vilayətinin qərbində yeni taktiki əhəmiyyətli uğurlara imza atıblar.

Analitiklər mətbuata istinadən bildirirlər ki, Ukrayna qüvvələri indi Rusiyanın müdafiə mövqelərinin ən çətin hissəsində irəliləyir.

Avqustun 25-də yayılan geolokasiya ilə təsdiqlənmiş görüntülərdə Ukrayna qoşunlarının Novoprokopivka (Orixivdən 13 kilometr cənubda) ərazisində 1,5 kilometr irəlilədiyi göstərilir. Eyni zamanda, ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukrayna qüvvələrinin hazırda Rusiyanın müdafiə istehkamlarının əsas kompleksinə hücum etdiyini bildirib. Bundan əlavə, avqustun 26-da “Reuters” agentliyi ukraynalı komandirə istinadən yazıb ki, bu ərazidə Rusiya müdafiəsinin ən çətin xətti yarılıb və indi hərbçilər daha sürətlə hərəkət edə biləcəklər.

ISW qeyd edir ki, Ukrayna qüvvələri indi Rusiyanın hazırladığı müdafiə mövqelərinin növbəti seriyasını vurmaq üçün yetərincə irəliləyib.

Hazırda Ukrayna qoşunlarının irəlilədiyi mövqelər minalanmış sahələr və istehkamlardan ibarətdir ki, Rusiya komandanlığı onları tutmaq üçün əhəmiyyətli qüvvə və texnika cəlb edib. Qarşısında hazırda Ukrayna qoşunlarının dayandığı müdafiə istehkamları, yəqin ki, tankəleyhinə xəndəklər kompleksindən, “əjdaha dişləri”ndən və əlavə mina sahələrindən ibarətdir ki, bu, birinci müdafiə xəttinə çox bənzəyir. Bununla belə, ISW bu mövqelərin əvvəlkilərdən daha az müdafiə oluna biləcəyini güman edir.

Qeyd olunub ki, Rusiya müdafiə xətlərinin hər biri irəli və arxa mövqeləri ilə bir neçə səviyyəyə malikdir və bütövlükdə Ukraynanın cənubundakı ayrı-ayrı Rusiya müdafiə mövqelərinin arxa zonaları ilə Rusiya müdafiəsini qarışdırmamaq vacibdir.

Bu müdafiə xətləri həm də o mənada şərtidir ki, Rusiyanın hazırladığı mövqelər tam heyətlə təchiz olunmayıb və cəbhənin sektorundan asılı olaraq fərqlənir.

Son xəbərlər

Orphus sistemi