Gürcüstanlı ekspert: "Tbilisidəki etirazlarla Ermənistandakı hadisələr arasında paralellər aparmaq düzgün deyil"

Gürcüstanlı ekspert: "Tbilisidəki etirazlarla Ermənistandakı hadisələr arasında paralellər aparmaq düzgün deyil" Bakı. 1 iyun. REPORT.AZ/ Tbilisidəki mövcud etirazların ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını düşünmürəm.
Analitika
1 İyun , 2018 17:54
Gürcüstanlı ekspert: Tbilisidəki etirazlarla Ermənistandakı hadisələr arasında paralellər aparmaq düzgün deyil
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ "Tbilisidəki mövcud etirazların ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını düşünmürəm".

Bunu "Report"a hərbi siyasət və təhlükəsizlik üzrə gürcüstanlı ekspert Amiran Salukvadze Gürcüstanda iki gündür davam edən etiraz akisyalarını şərh edərkən deyib.

A.Salukvadzenin sözlərinə görə, belə proseslər siyasiləşdirilməməlidir: "Bu, heç kimə sərfəli olmaz. İstintaq prosesində çatışmazlıqlar ola bilər. Onları aradan qaldırmaq lazımdır. Təbii ki, bu, hakim partiyanın nüfuzuna zərbədir. Tezliklə ölkədə prezident seçkiləri keçiriləcək və bu, proseslərə öz təsirini göstərə bilər".

Ekspert hökumətin hadisəni araşdırmaqla bağlı vəd verdiyini bildirib və buna görə də müxalifətin bu məsələdə aktivləşəcəyinə inanmadığını qeyd edib.

Bundan əlavə, A.Salukvadze Tbilisidəki etirazlarla Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olan məlum hadisələr arasında paralellər aparmağa ehtiyac olmadığını qeyd edib: "Burada olaylar yeniyetmələr arasındakı davadan və istintaq zamanı dəlillərin məhv edilməsindən ibarətdir. Təkrar istintaq zamanı məhz buna xüsusi diqqət ayrılacaq. Cari hakimiyyətin dövründə ilk dəfə istintaq prosesinə nəzarət edəcək Komissiya yaradılıb. Nəticələrin necə olacağını zamanla görəcəyik".

Son xəbərlər

Orphus sistemi