Fransız ekspert: “Parisdə baş verənlər bütün ölkəni çətin vəziyyətə saldı”

Fransız ekspert: “Parisdə baş verənlər bütün ölkəni çətin vəziyyətə saldı” Paris. 5 dekabr. REPORT.AZ/ “Fransada “Sarı jiletlilər“ hərəkatı eyni zamanda həm müasir, həm də qədim etiraz aksiyalarına malik xüsusiyyətlərlə səciyyələnir. Fransada, demək olar, 5 əsrdir buna bənzər tələblər irəli sürən qiyamlar baş verib. Belə ki, XİV əsrdən etibarən kəndilər vergilərə, çörəyin qiymətinin qaldırılmasına qarşı etiraz edərək qiyamlar qaldırıblar. Bu tarixi qiyamların müəllifləri olan kəndlilərin davamçıları olan kasıb və orta təbəqə, bu gün hakimiyyətdə olan hökumətə qarşı etirazını bildirir. Bu hərəkat eyni zamanda müasir etiraz formalarına məxsus xüsusiyyətlərlə də səciyyələnir. Belə ki, bu etirazlar sosial şəbəkələrdən doğub və etirazçılar kifayət qədər təşkilatlanmasalar belə internet, mütəmadi yayımlanan kanallardan geniş surətdə istifadə etməklə səfərbər ola bilirlər. Beləliklə, həm müasir və qədim, eyni zamanda ənənəvi və yenilikçi olması bu hərəkata müstəsna forma verir”.
Analitika
5 Dekabr , 2018 11:31
Fransız ekspert: “Parisdə baş verənlər bütün ölkəni çətin vəziyyətə saldı”

Paris. 5 dekabr. REPORT.AZ/ “Fransada “Sarı jiletlilər“ hərəkatı eyni zamanda həm müasir, həm də qədim etiraz aksiyalarına malik xüsusiyyətlərlə səciyyələnir. Fransada, demək olar, 5 əsrdir buna bənzər tələblər irəli sürən qiyamlar baş verib. Belə ki, XİV əsrdən etibarən kəndilər vergilərə, çörəyin qiymətinin qaldırılmasına qarşı etiraz edərək qiyamlar qaldırıblar. Bu tarixi qiyamların müəllifləri olan kəndlilərin davamçıları olan kasıb və orta təbəqə, bu gün hakimiyyətdə olan hökumətə qarşı etirazını bildirir. Bu hərəkat eyni zamanda müasir etiraz formalarına məxsus xüsusiyyətlərlə də səciyyələnir. Belə ki, bu etirazlar sosial şəbəkələrdən doğub və etirazçılar kifayət qədər təşkilatlanmasalar belə internet, mütəmadi yayımlanan kanallardan geniş surətdə istifadə etməklə səfərbər ola bilirlər. Beləliklə, həm müasir və qədim, eyni zamanda ənənəvi və yenilikçi olması bu hərəkata müstəsna forma verir”.

Bunu “Report”un Qərbi Avropa bürosuna Paris - Sen Universitetinin siyasi elmlər və kommunikasi üzrə professor Frederik Treffel şərh edib.

Qış aylarında qaz və elektrikin qiyməti artırılmayacaq və maşınlara nəzərdə tutulan daha sərt texniki nəzarət tədbiq edilməyəcək. Lakin fikrimcə hökumət qərar qəbul edərkən daha cəlb tərpənməli idi. Bu baş verənlər, zorakılıq aktları bütün Fransanı, xüsusilə Parisi çətin vəziyyətə saldı. Düzdür, zorakılıq heç bir zaman haqlı olmur, xüsusilə zorakılıq aktları ictimai yerlərə qarşı törədildikdə. Zəfər tağı fransalıların hörmətlə və qürurla yanaşdıqları bir abidədir. Bu simvolik məna daşıyan bir tikiliyə qarşı göstərilən hörmətsizlik, istər asayiş keşikçilərinə, istərsə də insanlara məxsus maşınların yandırılması, ticarət obyeklərinə qarşı olunanlar acınacaqlıdır və təəsüf doğurur.

Frederik Treffel

Paris - Sen Universitetinin siyasi elmlər və kommunikasiyası üzrə professoru Frederik Treffel

O deyib ki, Fransa hökuməti bu etirazlara cavab olaraq yanvarın 1-dən yanacağa tətbiq edilməsi nəzərdə tutulan verginin artırılmasını 6 ay müddətinə təxirə salıb: “Beləliklə, hökumətin artıq başqa seçimi qalmamışdı, zorakılıq aktlarından, həmçinin “Sarı jiletlilər“in xalq tərəfindən dəstəklənməsindən sonra bu tədbirləri həyata keçirmək məcburiyyətində idi. Bu tədbirlər bəs edəcəkmi? Hazırda bizi düşündürən bu sualdır. Etirazların başladığı gündən artıq 3 həftə keçir. Bu müddətdə hökumətin susması etirazları qidalandırmış olub. Yanacağın qiymətinin və yanacağa tətbiq ediləcək verginin artırılması tələbi ilə qiyama başlayan “Sarı jiletlilər“ sonradan elektrik, daha sonra qida məhsullarının qiymətinin artırılmasınaqarşı etiraz etməyə başlayıblar. Bu gün onlar minimum əmək haqqının artırılmasını, hətta Fransa Senatının ləğv edilib əvəzində vətəndaşların birliyinin yaradılmasını tələb edirlər. Bu o deməkdir ki, etiraz edən qüvvələr konstitusyional tələblər irəli sürməyə başlayıblar. Bugünkü çətinlik ondan ibarətdir ki, “Sarı jiletlilər“in hərəkatı çox böyük vüsət alıb. Bu cür böyük həcmli qiyamlar “düşüncəsiz“ olur və bu zaman yaranan vəziyyətə adekvat, uyğun gələn qərarın verilməsi həddindən artıq çətin olur" - professor bildirib.

Ekspert düşünür ki, dünən hökumətin təklif etdiyi tədbirlər “Sarı jiletlilər“in etirazlarını sakitləşdirə bilməyib və onların son çağırışları hələ də öz qüvvəsindədir: “Son həftə sonu qədər güclü olmasa da üzümüzə gələn həftə sonu “Sarı jiletlilər“ yenidən səfərbər olacaqlar”.

Son xəbərlər

Orphus sistemi