Fransa mətbuatının qərəzli mövqeyi: Azərbaycana qarşı təxribat xarakterli yazıların arxasında nə dayanır?

Fransa mətbuatının qərəzli mövqeyi: Azərbaycana qarşı təxribat xarakterli yazıların arxasında nə dayanır? Rəsmi Paris erməni radikal millətçilərinə, onların Azərbaycan və Türkiyə əleyhinə bəyanatlarına dəstək verməklə dəfələrlə ermənipərəst mövqeyini nümayiş etdirib. Son zamanlar Fransanın aparıcı mətbuat orqanlarında ölkəmizə qarşı yönəlmiş təxribat xarakter
Analitika
11 Yanvar , 2023 12:44
Fransa mətbuatının qərəzli mövqeyi: Azərbaycana qarşı təxribat xarakterli yazıların arxasında nə dayanır?

Rəsmi Paris erməni radikal millətçilərinə, onların Azərbaycan və Türkiyə əleyhinə bəyanatlarına dəstək verməklə dəfələrlə ermənipərəst mövqeyini nümayiş etdirib. Son zamanlar Fransanın aparıcı mətbuat orqanlarında ölkəmizə qarşı yönəlmiş təxribat xarakterli yazılar bir-birini əvəz edir.

"Report" xəbər verir ki, azərbaycanlı ekologiya fəallarının Xankəndi-Laçın yolunda keçirdiyi son etiraz aksiyası haqqında 2022-ci ilin dekabr ayında məqalə dərc edən Fransanın “La Monde” qəzeti bu baxımdan xüsusi canfəşanlığı ilə seçilir.

Tanınmış qəzet öz təhlilində bütün həqiqəti söyləməyi “unudaraq”, Azərbaycanı əsassız şəkildə “humanitar fəlakət” yaratmaqda ittiham edib. Nəşr həmçinin Azərbaycanın guya Laçın yolunu “işğal etdiyini” bəyan edib, bu yoldan humanitar yüklərin və təcili yardım maşınlarının sakit şəkildə keçməsinə, fəalların keçirdiyi etiraz aksiyasının isə Azərbaycanın təbii sərvətlərinin talanmasına, ətraf mühitə ziyan vurulmasına qarşı yönəldiyinə toxunmamağa üstünlük verib. Görünür, “La Monde” üçün məsələni araşdırmaq yox, sifarişi yerinə yetirmək daha vacibdir.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yazdığı tvitlə buna lakonik cavab verib: "Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren ərazisidir. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Ümumbəşəri dəyərlər, mənəvi borc və şərəf Azərbaycanın sülh istiqamətində səylərinin dəstəklənməsini tələb edir".

Leyla Abdullayeva
Leyla Abdullayeva

Kifayət qədər ziddiyyətli məzmunlu yazıları ilə tanınan “Charlie Hebdo” nəşri də bu məsələdə kənarda qalmayıb. Azərbaycan və Türkiyəyə qarşı sərt bəyanatlar bu nəşrin öz karikaturaları ilə nələr yayımladığı barədə düşünməyə vadar edir.

Aydındır ki, yalan və böhtan. Nəşr bu il yanvarın 3-də yazdığı qeyddə qondarma “erməni soyqırımı”na görə ermənilərə təəssübkeşliyini ifadə edərək, Azərbaycan və Türkiyəni regionda “siyasi və coğrafi kontinuum” yaratmaq niyyətində olmaqda ittiham edir.

Bəs Fransa mətbuatında bu cür neqativ və birtərəfli yazıların yayılmasına səbəbi nədir? Fransalı tarixçi və politoloq Maksim Quen bu məsələyə münasibət bildirərkən deyib ki, Fransada fanatik şəkildə Ermənistanın tərəfində çıxış edən jurnalistlərin sayı çox deyil, onların bəziləri isə (Qayid Minasyan, Valeri Toranyan və s.) erməni əsillidir. Onların sırasında Fransanın məşhur “Le Figaro” nəşrinin redaktor müavini Jan-Kristof Buisson kimi açıq-aşkar ermənipərəst mövqedən çıxış edənlər də var.

"Məsələn, 2022-ci ilin iyul-sentyabr aylarında erməni millətçilərinin hayqırtıları Fransa mətbuatının böyük əksəriyyətini onları işıqlandırmağa inandırmaq üçün kifayət etmirdi. Həmin vaxt feysbukda Ermənistan İnqilabi Federasiyasının (Daşnaksütyun) aciz hiddətini görə bilərdiniz. Həmçinin, erməni millətçiləri Fransadakı “döyüş” bazalarını itiriblər, onların nümayişləri ən azı 2007-ci ildən sonra həddindən artıq azalıb", - o deyib.

Eyni zamanda, Quenin fikrincə, problem ondadır ki, erməni millətçilərinin bəyanatlarına cavab verən yoxdur və yalnız onlar danışır. “Səfirliyiniz tviterdə öz fikrini ifadə etdi; az sayda Fransa azərbaycanlısı heç vaxt görüşmədikləri (hətta görüşməyə cəhd göstərmədikləri) jurnalistlərə məktublar göndərməklə kifayətləndilər, vəssalam”, - o bildirib. Fransalı politoloq əlavə edib ki, kommunikasiyalara daha çox diqqət yetirilməli və Azərbaycanın səsinin Fransa mətbuatında eşidilməsi üçün çalışmaq lazımdır.

Ekspert onu da əlavə edib ki, belə qərəzli yazılar rəsmi Parisin mövqeyi ilə tam eyniləşdirilməməlidir. Bundan başqa, Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı ötən il səsləndirilən bütün çağırışların nəticəsiz qaldığını da unutmaq olmaz.

Son xəbərlər

Orphus sistemi