Ermənistanda seçkilər öncəsi vəziyyət gərginləşir - ŞƏRH

Ermənistanda seçkilər öncəsi vəziyyət gərginləşir - ŞƏRH Bakı. 18 sentyabr. REPORT.AZ/ Ermənistanın daxili siyasətində hökm sürən siyasi böhran getdikcə daha da dərinləşir. Məlum olduğu kimi, sentyabrın 23-də İrəvanda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur. Nikol Paşinyan hakimiyyətini qəbul edə bilməyən Ermənistan Respublikaçılar Partiyası (RP) seçkiləri boykot etməyi planlaşdırır. Bu səbəbdən RP-nin sədrləri və məntəqə seçki komissiyalarının katibləri işi boykot edəcəklər və seçki prosesində ən azı bir müddət iştirak etməyərək seçki məntəqələrinə getməyəcəklər. Məqsəd seçkiləri etibarsızlaşdırmaqdır. Çünki bu müddət ərzində Mərkəzi Seçki Komissiyası mövcud olmayan üzvü əvəz edə bilməyəcək və seçkilər etibarsız sayılacaq. Qeyd edim ki, məntəqə seçki komissiyalarında RP-nin nümayəndələrinin sayı 262-dir.
Analitika
18 Sentyabr , 2018 10:59
Ermənistanda seçkilər öncəsi vəziyyət gərginləşir - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Ermənistanın daxili siyasətində hökm sürən siyasi böhran getdikcə daha da dərinləşir. Məlum olduğu kimi, sentyabrın 23-də İrəvanda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulur. Nikol Paşinyan hakimiyyətini qəbul edə bilməyən Ermənistan Respublikaçılar Partiyası (RP) seçkiləri boykot etməyi planlaşdırır. Bu səbəbdən RP-nin sədrləri və məntəqə seçki komissiyalarının katibləri işi boykot edəcəklər və seçki prosesində ən azı bir müddət iştirak etməyərək seçki məntəqələrinə getməyəcəklər. Məqsəd seçkiləri etibarsızlaşdırmaqdır. Çünki bu müddət ərzində Mərkəzi Seçki Komissiyası mövcud olmayan üzvü əvəz edə bilməyəcək və seçkilər etibarsız sayılacaq. Qeyd edim ki, məntəqə seçki komissiyalarında RP-nin nümayəndələrinin sayı 262-dir. 

Digər tərəfdən, Ermənistanın Respublikaçı Partiyasının millət vəkili Qalust Sahakyan 13 sentyabr tarixində jurnalistlərlə söhbətində Ermənistanda repressiyaların başladığını bildirib. Həmçinin RP-nin nümayəndə üzvləri olan Eduard Şarmazanov və Armen Aşotyan Nikol Paşinyana qarşı sərt açıqlamalar səsləndirməyə davam edirlər. Digər tərəfdən, Ermənistanda İrəvan bələdiyyə seçkilərinin yaxınlaşdığı bir vaxtda “Çiçəklənən Ermənistan” partiyasının nümayəndələri hökumətə qarşı sərt tənqidlər səsləndirməyə başlayıb. “Çiçəklənən Ermənistan” partiyasının İrəvan meri vəzifəsinə namizədi Naira Zöhrabyan səsləndirib. Zöhrabyan hökumətin mer vəzifəsinə əsas namizədi olan Hayk Marutyanın İrəvana biznes layihəsi kimi yanaşdığını bildirib: “Paytaxt onlar üçün “İrəvan prodakşn” adlı biznes layihədən başqa bir şey deyil. Əgər onlar Ermənistanı vətən kimi qəbul edirlərsə, Avropada 6-7 ev almaq əvəzinə burada məskunlaşardılar”.

O, daha sonra Marutyanı siyasi debata səsləyib: “Hər dəfə imkan düşən kimi biz hansısa siyasi qüvvəni Köçəryanın dəstəkləməsi barədə ittihamlar eşidirik. Lakin onlar bilmirlər ki, özləri Köçəryanın pr kampaniyasını aparırlar. Maraqlıdır ki, H.Marutyanıın üzvi olduğu “Mənim addımım” blokunun üzvlərinin əksəriyyəti Serj Sarqsyanın yaxın adamlarıdır”.

Zöhrabyan buna əsas sübut kimi blokun namizədləri sırasında Serj Sarqsyanın kürəkəni Mikayıl Minasyanın və yazıçı Zori Balayanın qohumunun olmasını göstərib.

Marutyan isə Çiçəklənən Ermənistanın bütün ittihamlarına “yalandır” deməklə cavab verib. O, Zöhrabyanın debat təklifini qəbul etmədiyini açıqlayıb.

Əvvəla onu qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyan Hayk Marutyanın seçkilərdə qalib gəlməsi üçün əlindən gələni edir. Belə ki, meydanlarda pafoslu çıxışlar edərək atılıb-düşür ki, təki onun dəstəklədiyi namizəd qalib gəlsin. Lakin sonra da utanmadan seçkilərin ədalətli və demokratik şəraitdə keçiriləcəyindən danışır. Hansı demokratik seçkilərdən danışır ki, Ermənistanın baş(sız) naziri namizədin yerinə özü meydanlarda çıxış edərək xalqın qərarlarına təsir edir?! Məhz N.Paşinyanın bu cür davranması siyasi rəqabət baxımından ədalətli və doğru deyil. N.Paşinyan küçədən, meydanlardan yığışa bilmir. O, hələ də elə bilir ki, siyasət küçədə meydanlarda bar-bar bağırmaqla pafoslu çıxışlarla olur.

Analitik Ehtiram Aşırlı

Son xəbərlər

Orphus sistemi