Bakı. 16 oktyabr. REPORT.AZ/ Təhlükəsizliyin təhdid olunması və pozulmasında casus və agentlər aparıcı rol oynayır.
Başqa dövlətin xeyirinə fəaliyyət göstərənə, onun təhlükəsizlik orqanları ilə əməkdaşlıq edənə, yaxud başqa bir ölkənin ərazisində eyni əməlləri törədənlərə casus, agent deyilir. Bu əməlləri törədənlər, bir qayda olaraq, dövlətə xəyanətdə ittiham olunurlar.
Məsələn, Azərbaycanın hüquq müdafiəçiləri Leyla Yunus və həyat yoldaşı Arif Yunus bu qisim vətəndaşlardan sayılırlar. Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi barədə qərar çıxarıb.
L.Yunus və A.Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Bir müddət sonra onların səhhətlərində yaranan problemlə bağlı xaricdə müalicə olunmaq üçün Azərbaycanı tərk etmələrinə icazə verilib. Xaricdə olduqları müddətdə onlar anti-Azərbaycan fəaliyyətini davam etdirirlər. Hüquq-mühafizə orqanları sübut edib ki, o, hüquq müdafiəçisi adı altında gizlənərək Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərirmiş.
Bu fəaliyyətlə bütün ölkələrdə məşğul olurlar. Çünki istənilən dövlətin başqa bir ölkə ilə bağlı maraqları var. Əslində heç Leyla və Arif yunuslar, habelə Azərbaycana qarşı xəyanət edən başqa belə vətəndaşlarımız, yaxud keçmiş vətəndaşlarımız barədə yazmaq istəməzdik. Ancaq casus və xəyanətkarlığın fərd üzərində nümunəsini göstərmək üçün onların adını qeyd edirik.
Arif Yunus və Leyla Yunus
Casus deyiləndə, şübhəsiz ki, fərdlər yada düşür. Ancaq tarix sübut edir ki, bir etnos və ya bir dövlət də oxşar fəaliyyəti həyata keçirə bilər.
Bu yaxınlarda Rusiyanın “Strateji Mədəniyyət Fondu”nun sayıtnda “ABŞ-ın bəzi səfirlikləri hərbi-kəşfiyyat mərkəzinə çevrilir” başlıqlı yazı belə bir dövlət, onu təmsil edən etnos barədə mülahizə yürütməyə əsas verir.
Yazıda bildirilib ki, ABŞ-ın Ermənistandakı səfirliyi dünyada böyüklüyünə görə Vaşinqtonun Bağdadakı diplomatik missiyasından sonra ikinci yerdədir. 9 hektar sahəsi olan səfirlikdə ABŞ-ın 2 min diplomatı (bəzi mənblərə əsasən, 2 min 500 diplomat) çalışır. ABŞ bu sahəni Ermənistan hökumətindən 5 milyon dollara alıb.
Bağdaddakı səfirlikdə isə ABŞ-ın 2 min diplomatı, müqavilə əsasında işləyən 14 min əməkdaşı var. Sonralar onların sayı azalıb. Son zamanlaradək ABŞ-ın Rusiyada 455 diplomatı fəaliyyət göstərib. 2018-ci ilin yazında isə Rusiyanın Ermənistandakı səfirliyinin əməkdaşlarnın sayı 60 nəfərə yaxın olub. Vaşinqtonunu Yerevandakı səfirliyinin binasındakı korpuslardan biri ABŞ-ın dəniz piyadalarına məxsusdur. Əvvəllər onların sayı 6 nəfər olub. Mənbə bildirib ki, 2013-cü ildə Ermənistandakı dəniz piyadalarının sayı 800 nəfərə çatdırılıb. Bəzi iddialara görə hazırda Yerevanda ABŞ-ın 3000 dəniz piyadası var.
Bu nəhənglikdə səfirlik kompleksi ABŞ-ın nəyinə lazımdır? Çünki Birləşmiş Ştatlar üçün ilk baxışdan Ermənistan heç bir göstəricisi ilə cəlbedici sayıla bilməz. Çünki bu ölkə zəngin yeraltı sərvətlərə malik deyil. Ən əsası isə Rusiyanın forpostu sayılır. Belə görünür, Vaşinqtonun Ermənistanla bağlı daha maraqlı layihəsi mövcuddur və onu həyata keçirir.
Vaşinqtonda yerləşən Trumen adına Milli Siyasət Mərkəzi bu günlərdə “ABŞ-ın Ermənistanla münasibəti: Yaxın Şərqdə rəqibləri ilə qarşıdurmada gizli silaha malikdir” adlı hesabat yayıb. Mərkəzin əməkdaşı Daniel Qeynorun müəllifi olduğu sənəddə qeyd edilib ki, Ermənistan Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə sərhəddə yerləşir, Rusiya isə Ermənistanı hərbi sahədə dəstəkləyir. Bu isə ABŞ-a Ermənistandan bu ölkələrə qarşı casus dayağı kimi istifadə etməyə imkan verir. Ona görə də müəllif Ermənistanı “ABŞ-ın məxfi silahı” adlandırır. ABŞ-ın Yerevandakı səfirliyi isə diplomatik nümayəndəlikdən çox hərbi-kəşfiyyat mərkəzidir. ABŞ-ın casus şəbəkəsinə isə Ermənistandakı QHT sektoru yarıdm edir. Vaşinqton hər il Ermənistandakı QHT-lərə 250 milyon dollar məbləğində maliyyə vəsaiti ayrır.
Yeri gəlmişkən, Leyla və Arif yunusların da xarici donorlardan böyük məbləğdə qrantlar aldığı təsdiqlənib. İstintaq həmin maliyyə vəsaitinin Azərbaycana qarşı yönəldiyini sübuta yetirib. Xaricdən pul alıb xərcləyənlər isə bunun əksini göstərən dəlillər ortaya qoya bilməyiblər.
Cari ilin mayında isə Birləşmiş Ştatlar Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin Ermənistanda islahatlar aparmasına 140 milyon dollar məbləğində maliyyə yardımı ayrılması məsələsini nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb. Eyni zamanda ABŞ-ın 2019-cu ildə Ermənistana göstərilən xarici yardımın həcmini artırmaq niyyətində olduğu üzə çıxıb.
ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən bildirib ki, son dövrlərdə ABŞ Ermənistana ölkədə siyasi islahatlar həyata keçirmək üçün əlavə olaraq 14 milyon dollar məbləğində yardım göstərib: “Gələn il ABŞ hökuməti Ermənistana 26 milyon dollar məbləğində vəsait ayırmağı planlaşdırır. Bu isə əvvəlcədən açıqlanan məbləğdən 20 milyon çoxdur”.
Qeyd olunub ki, vəsaitlər Ermənistanın mövcud siyasi prosesləri ilə bağlı prioritet layihələrin həyata keçirilməsinə, habelə vətəndaş cəmiyyəti və müstəqil KİV-in inkişafına yönəldiləcək. Bu isə onu deməyə əsas verir ki, Ermənistan bölgədə casus dövlət rolunun oynamaqda davam edir. Çar Rusiyasının Qafqaza köçürdüyü ermənilər sonrakı dövrlərdə bu imperiyanın ən sədaqətli təbəəsinə çevrildilər. Dövləti, hətta quberniyası olmayan erməni etnosu bu fəaliyyəti nəticəsində Azərbaycanın Şamaxı, Qarabağ, Gəncə, Yerevan bölgələrinə yerləşdirildi. Onlar Osmanlı imperiyasına, Qacarlar dövlətinə xəyanət etdikləri üçün o vaxtkı çarlar erməniləri mükafatlandırırdı. Bir vaxtlar isə bu etnosun təmsilçiləri başqalarına xəyanət edərək Osmanlıya və Qacara sığınmışdılar. Onlar bütövlükdə Qafqazda çar Rusiyasının ən etibarlı xidmətçiləri olublar. Hadisələrin sonrakı inkişafında Rusiya onları mükafatlandırdı. Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin qurulması bu xidmətin əvəzi idi.
Ermənilər Pəhləvi şahlarına, son zamanlar İrandakı rejimə qarşı çıxırlar. Bir zamanlar İraq və Suriyadakı hakimiyyətlərə yarınan bu etnos sonradan Hafiz Əsəd, Bəşşar Əsəd, Səddam Hüseynin ən qatı əleyhdarlarına çevirildilər. Elə keçmiş SSRİ-yə qarşı ilk etiraz aksiyalarından biri Yerevanda keçirilib. Onlar Sovet İttifaqının süqut etdiyini görüb, ona qarşı mübarizəyə başladılar.
Ermənistan rəsmi olaraq Beynəlxalq Frankofoniya Təşkilatına (BFT) 2012-ci ilin oktyabrında üzv qəbul edilib. Bu Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsindən 4 il sonra baş verib. Ermənistan 2008-ci ildən BFT-nin üzvü sayılır. Həmin illərdən başlayaraq rəsmi Kremlə qarşı beynəlxalq təzyiqlər artmağa başlayıb.
Rəsmi Yerevanın BFT-yə üzvülüyü ilə zəifləyən Rusiyadan qoparaq, yeni himayədar axtarışına başlayıb. Onda belə ehtimal etmək olar ki, Ermənistan Moskva ilə bağlı qurulan oyunlardan xəbərdardır. Yüz illər boyu xidmət etdiyi dövlətləri satan erməni etnosunun nümayəndələri indi özlərinə yeni "isti yer" axtarmağa başlayıb. Onlar himayədarlarını dəyişir və bu rolda indi ABŞ çıxış edir. Ötən 200 ildə ayrı-ayrı ermənilərin etdikləri xəyanətlər hazırda dövlət səviyyəsində həyata keçirilir. Ermənistan casus dövlət rolundadır.