Ekspertlər: "Ankara və Amsterdam arasındakı diplomatik qalmaqal Türkiyə və Aİ arasında münasibətlərin soyuması ilə bağlıdır" - RƏY

Ekspertlər: "Ankara və Amsterdam arasındakı diplomatik qalmaqal Türkiyə və Aİ arasında münasibətlərin soyuması ilə bağlıdır" - RƏY Mixaylov: "Bu qalmaqalda "əsas skripka" rolunu çox böyük sayda türkiyəli mühacirlərin olduğu Almaniya oynayıb"
Analitika
14 Mart , 2017 09:51
Ekspertlər: Ankara və Amsterdam arasındakı diplomatik qalmaqal Türkiyə və Aİ arasında münasibətlərin soyuması ilə bağlıdır - RƏY

Bakı. 13 mart. REPORT.AZ/ Ekspertlər hesab edirlər ki, Türkiyə və Hollandiya arasında yaşanan diplomatik qalmaqal bilavasitə Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin soyuması ilə əlaqədardır.

"Türkiyə və Hollandiya arasındakı diplomatik qalmaqal, ilk növbədə, yalnız bu ölkələr arasında yox, həm də Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərin soyuması ilə bağlıdır. Məncə, Hollandiyanın özü qəfil addımlara qadir deyil, başqa sözlə, onlar bütün hərəkətləri razılaşdırıblar", - deyə "Report"a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, bu qalmaqalda "əsas skripka" rolunu çox böyük sayda türk mühacirlərin olduğu Almaniya oynayıb. Ekspert əlavə edib ki, Aİ-nin bu cür münasibəti Avropada miqrasiya böhranı ilə əlaqədardır və avropalılar türkiyəli siyasətçilərin seçkiqabağı açıqlamalarından təşvişə düşüb.

"Amma unutmaq lazım deyil ki, Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya öz yüksəlişinə görə Türkiyədən olan işçilərə borcludur. Müvafiq olaraq, Türkiyə və Aİ arasında artan gərginlik onların arasında münasibətlərin tam pozulmasına səbəb ola bilər", - analitik bildirib.

Öz növbəsində, Qazaxıstanın Birinci Prezidenti Fondu yanında Dünya iqtisadiyyatı və siyasəti institutu Mərkəzinin baş eksperti Zöhra Əzizova qeyd edib ki, Türkiyə və Hollandiya arasında diplomatik münasibətlərin kəskin pisləşməsi Avropa cəmiyyətinin Ankaranın apreldə keçiriləcək və Rəcəb Tayyib Ərdoğanın prezident səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan referendum ərəfəsində apardığı kampaniyanı qəbul edə bilməməsi ilə şərtlənir.

Onun sözlərinə görə, türkiyəli nazirlə insident mərkəz-sağçı "Xalq Partiyası"na başçılıq edən Hollandiyanın baş naziri Mark Rütteyə Hollandiya seçicilərinin gözündə mütləq siyasi xal qazandıracaq.

Hadisələrin gələcək axarı barədə danışan Z.Əzizova ritorikanın kəskinləşəcəyini, bununla da yaxın günlərdə diplomatik böhranın dərinləşəcəyini, amma hər iki tərəfin mövcud problemlərin kompromiss yolu ilə həllinə səylər göstərəcəyini bildirib.

"Hər halda, bu vəziyyət türkiyəli seçicilərin həm ölkə daxilində, həm də xaricində hakim partiya və onun lideri Rəcəb Tayyib Ərdoğanın lehinə həmrəy olması üçün əlverişli şərait yaradıb", - ekspert söyləyib.

Son xəbərlər

Orphus sistemi