Rusiyalı ekspert: "Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır"

Rusiyalı ekspert: "Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır" Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda verdiyi bəyanatlarla qəsdən Azərbaycanı müharibəyə təhrik edərək işğalçıdan dönüb məzluma çevrilmək istəyir.
Analitika
9 Avqust , 2019 19:48
Rusiyalı ekspert: Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda verdiyi bəyanatlarla qəsdən Azərbaycanı müharibəyə təhrik edərək işğalçıdan dönüb məzluma çevrilmək istəyir.

Bu barədə “Report”a rusiyalı politoloq Vitali Arkov bildirib.

Onun fikrincə, N.Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək təlaşındadır: “Paşinyanın iqtisadi sahədə möcüzə yaratmaqda acizliyi elə bəri başdan bəllidir, amma əhalinin yoxsulluqda yaşayan çoxluğunu hər cür nağılla aldatmaq çətin deyildi”.

“İndi isə Ermənistan xalqının qazancı boş sözlər, ən dəhşətlisi də Dağlıq Qarabağdan gələcək minlərlə tabut, minlərlə də şikəst olacaq. Yəni Paşinyan bir çox erməni ailələrinə faciə gətirə bilər”, - deyən rusiyalı ekspert N.Paşinyanın Xankəndinə gələrək “panerməni oyunları”nın açılışında iştirak etməsinin daha bir mühüm səbəbi kimi Qarabağdakı separatçı rejimi nəzarətə götürmək istəyini göstərib: “Paşinyan hakimiyyət tərəfindən Dağlıq Qarabağın köhnə kadrlardan təmizlənmədiyi az qala yeganə ərazi olması baş naziri və onun arxasındakı qrupları xeyli narahat edir”.

Başqa bir rusiyalı politoloq Mixail Neijmakov da N.Paşinyan üçün Xankəndinə səfərin daha çox daxili siyasət əhəmiyyətini daşıdığı qənaətindədir: “2018-ci ildə Nikol Paşinyanın öz məqsədlərinə çatması üçün tərəfdarlarını qısa vaxt ərzində küçələrə çıxartması mühüm əhəmiyyət daşıyıb. Bu baxımdan Ermənistanda baş nazirə dəstək mitinqləri ötən ilkilərlə müqayisə oluna biləcək miqyasda çoxdandır keçirilmir. Odur ki, hazırkı baş nazir üçün bənzərsiz natiq və meydan lideri şöhrətini hər hansı yolla bərpa edib saxlamaq əhəmiyyətlidir”.

“Nikol Paşinyan artıq bir ildən artıqdır hakimiyyətdədir. Yəni artıq vəd yox, hesabat verməyin vaxtı yetişib. Halbuki 2050-ci il tezislərinin nə dərəcədə ciddi qəbul olunacağı sual altındadır. Hərçənd həmin tezislər, ola bilsin, Ermənistan ictimaiyyətindən daha çox diaspora ünvanlanıb”, - deyə rusiyalı ekspert fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi