Bakı. 10 oktyabr. REPORT.AZ/ "Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində vətəndaşların bütün sosial problemləri qısa müddət ərzində həll olunacaq".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
O bildirib ki, əhalinin xidmət sahələrində məmnunluğunun təmin edilməsi üçün məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi, vətəndaşların müraciətlərinə yüksək mədəniyyətlə və şəfqətlə yanaşılması, eyni zamanda bu müraciətlərin qısa müddət ərzində baxılması və təmin olunması vətəndaşın dövlətə olan inamını, sevgisini artıran amillərdir: "Buna görə, Prezident İlham Əliyev sosial sahələrdə uzun müddət qalan problemlərin həlli üçün çox ciddi reformaların aparılmasına start verib".
Deputatın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni rəhbər təyin olunandan sonra bu qurumda çox ciddi islahatlar gedir: "Xüsusən də əhaliyə göstərilən sosial xidmətlərin elektronlaşdırılması, operativləşdirilməsi və bu sahədə vətəndaşlara dəstək verilməsi istiqamətində dünyanın ən qabaqcıl təcrübələri öyrənilir və tətbiq edilir. Bunlardan da biri DOST mərkəzlərinin yaradılmasıdır. Dövlət qurumlarına tapşırıqlar verilib ki, DOST mərkəzlərin qısa müddət ərzində qurulması, işə düşməsi və əhaliyə xidmət göstərməsi təmin olunsun. DOST mərkəzlərinin mahiyyəti vətəndaşa layiqli, qısa müddət ərzində mədəni xidmət göstərmək, onların sosial ehtiyaclarını öyrənmək və bu ehtiyacların təmin olunması istiqamətində işlər görmək. Prezident çox doğru olaraq vurğuladı ki, DOST mərkəzləri sosial sahədə "ASAN xidmət"in analoqudur. Bu ən yeni yanaşma üsuludur, dünyada heç yerdə yoxdur. DOST mərkəzlərinin yaradılması ilə qısa müddətdə Azərbaycan vətəndaşları müsbət dəyişiklikləri hiss edəcəklər".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev
Prezident çox doğru olaraq vurğuladı ki, DOST mərkəzləri sosial sahədə "ASAN xidmət"in analoqudur. Bu ən yeni yanaşma üsuludur, dünyada heç yerdə yoxdur. DOST mərkəzlərinin yaradılması ilə qısa müddətdə Azərbaycan vətəndaşları müsbət dəyişiklikləri hiss edəcəklər.
Musa QuliyevЧлен парламентского комитета по труду и социальной политике Муса Гулиев
M.Quliyev xatırladıb ki , indiyədək vətəndaşlar hər bir problem üçün, məsələn, məşğulluq, sosial təminat, əlillik üçün ayrı-ayrı idarələrə müraciət edirdilər: "DOST mərkəzlərdə isə bütün bu xidmətlər bir binada və elektron qaydada həyata keçiriləcək. Vətəndaş müraciətləri qısa müddət ərzində həll olunacaq, həm vətəndaşların vaxtı itməyəcək, həm müxtəlif yerlərə müraciətə ehtiyac qalmayacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında DOST mərkəzlərinin fəaliyyətindən də danışıb: "Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik".