Dağlıq Qarabağdakı separatçılarla İŞİD terrorçularının oxşar cəhətləri - ŞƏRH

Dağlıq Qarabağdakı separatçılarla İŞİD terrorçularının oxşar cəhətləri - ŞƏRH Onların himayədarları da bir-birinə bənzəyir
Analitika
20 Fevral , 2017 14:27
Dağlıq Qarabağdakı separatçılarla İŞİD terrorçularının oxşar cəhətləri - ŞƏRH

Bakı. 20 fevral. REPORT.AZ/ Təəssüf ki, fevral ayı Azərbaycanın və dünyanın tarixinə soyqırımla düşüb. İyirmi beş il əvvəl fevralın 26-da hazırda Ermənistanın işğalı altında olan Azərbaycanın Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının yardımı ilə ermənilər azərbaycanlılara qarşı soyqırımı törədiblər. İkinci Dünya müharibəsi dövründə faşist Almaniyası yəhudiləri soyqırıma məruz qoyduğundan bunun mahiyyəti beynəlxalq ictimaiyyətə yaxşı məlumdur.

1988-90-cı illərdə Ermənistanı azərbaycanlılar, ruslar və digər etnik qruplardan təmizləyən ermənilər himayədarlarının hərtərəfli yardımı ilə Dağlıq Qarabağda da soyqırımı törətdilər.

İndi isə Ermənistanın işğalı altında saxlanılan Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda “referendum” keçirirlər.

İŞİD vəhşilikləri

ATƏT-in Daimi Şurasının iclasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz “referendum” keçirmək niyyəti ilə bağlı məsələ qaldırılıb. Beynəlxalq hüquqa zidd olaraq Ermənistanın dəstəyi ilə Azərbaycanın işğal altında olan torpaqlarında belə bir aksiya keçirilir.

Halbuki Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) və BMT Baş Məclisinin 62/243 (2008) saylı qətnamələri Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycan ərazilərinin işğalını pisləyir və suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir.

Azərbaycan Xarici İşlər Nazirliyi “referendum”la bağlı yaydığı bəyanatda vurğulayıb: “Azərbaycan müvəqqəti işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin təcavüz və işğalın mütləq nəticəsi olduğunu bir daha bəyan edir. Bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır, onun hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir. Bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir”. 

Xocalı soyqırımı

Ötən həftə məsələ ilə bağlı yayılan bəyanatlarda ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağda Ermənistanın qurduğu qondarma rejimi tanımadıqlarını bir daha bəyan ediblər. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa məsələnin həmsədr dövlətlərin narahatlığına səbəb olduğunu bildirib. Əlavə edilib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı bir dövləti Dağlıq Qarabağı müstəqil qurum kimi tanıyır. Bundan irəli gələrək keçirilməsi nəzərdə tutulan “referendum”un nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və “referendum” Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə heç bir təsir edə bilməz. Bundan əlavə, Fransa nümayəndəsi həmsədr ölkələr adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə dair çağırış edib.

Münaqişənin həllində açar rol oynayan Rusiya da qondarma “referendum”la bağlı ayrıca bəyanat yayıb: "Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Statusun Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməsinin vacib olduğunu güman edirik".

Qonşu İran da Dağlıq Qarabağdakı qondarma rejimi tanımadığını bəyan edib.

Göründüyü kimi, bütün beynəlxalq qurumlar və münaqişənin həllinə vasitəçilk edən dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, qondarma rejimi tanımadıqlarını bildirirlər.

İŞİD vəhşilikləri

O zaman təbii olaraq bəzi haqlı suallar yaranır: Bəs Azərbaycanın işğal altında olan ərazilərindəki qondarma qurum hansı vəsait hesabına yaşayır? İşğalçının bu kimi aksiyalar keçirməsinə kim yardım edir? Yaxud bəyanat yayan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, onda Azərbaycan torpaqları niyə işğal altındadır?

Bu suallara cavab vermək üçün bəzi oxşar hadisələrdən nümunələr də göstərmək istərdik. Dünyanın bütün aparıcı gücləri, bölgə dövlətləri terrorçu İŞİD qruplaşmasına qarşı savaşdığını bildirir. 2013-cü il aprelin 9-da bu qruplaşmanın lideri Əbu Bəkir Bağdadiyə aid səs yazısında "Cəbhət-e ən-Nusra"nın İraq Şam-İslam Dövlətinə (İŞİD) müttəfiq olduğu açıqlanıb. Məhz həmin ildə də Bağdadi "Cəbhət-e ən-Nusra" ilə İŞİD-in "İslam Dövləti" adı altında bir araya gəldiyini söyləyib. Deməli, Suriya və İraqda bu təşkilat 4 ilə yaxındır mövcuddur, 3 ildir Suriya və İraqın bir hissəsini işğal edib. İŞİD-in işğalı nəticəsində Suriya və İraqdan təkcə Türkiyəyə 3,5 milyon qaçqın sığınıb. Minlərlə insan terrorçular tərəfindən qətlə yetirilib.

İŞİD vəhşilikləri

Ancaq bu terrorçu qruplaşma hələ də bölgədə qalır. Hamı İŞİD-ə qarşı olduğunu bəyan etsə də, bu qruplaşma mövcuddur. Onlar silah-sursat, ərzaq, geyim, tibbi ləvazimatlarla təmin edilirlər. Kimdir onları belə böyüdən və arxalarında duran? Bu suala heç kim hələ açıq cavab verməyib. Ancaq çoxu İŞİD-i və başqa belə terrorçu qruplaşmaları dəstəkləyənlərin təsvirini verə bilir. Çünki konkret olaraq İŞİD-in hansı dövlət və ya gücə bağlı olması barədə real fakt yoxdur.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsini də separatçı - terrorçular işğal edib. Onların başçılarından biri - Robert Koçaryan Ermənistan prezidenti olub, digəri Serj Sarqsyan isə hələ də hakimiyyətdədir.

Suriya qaçqınları

Həmin qüvvələrin başçılığı altında yerli azərbaycanlılar öz dədə-baba torpaqlarından zor gücü ilə qovulub. Onların sayı ümumilikdə bir milyondan çoxdur. 

Beynəlxalq ictimaiyyət isə ötən illər ərzində yalnız bəyanat verməklə kifayətlənib.

Suriya və İraqın ərazi bütövlüyünün pozulmasında İŞİD hansı rolu oynayırsa, Ermənistan da Dağlıq Qarabağın işğal altında saxlanılmasında həmin rolu yerinə yetirir. Eyni zamanda, Suriya və İraqda İŞİD-ə dəstək verənlərlə Dağlıq Qarabağda ermənilərin özbaşınalığına yardım edənlər arasında elə bir fərq yoxdur.

Qarabağ qaçqınları

Beləliklə, Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarında himayədarlarının yardımı ilə işğalçılıq siyasəti həyata keçirir, beynəlxalq cinayət törədir, beynəlxaq hüququ saymır. Dağlıq Qarabağda terrorçunun fəaliyyətinə qarşı beynəlxalq miqyasda heç bir əməli tədbir görülmür. Onlara qarşı adi sanksiya belə tətbiq edilmir. Bu, Azərbaycan torpaqlarındakı terrorçuların dəstəklənməsi deməkdir.  

Təkcə Xocalı soyqırımına görə Dağlıq Qarabağda və Ermənistanda hakimiyyətdə olan və olmuşlara hər cür cəza vermək mümkündür. Ancaq təəssüf ki, həm Yerevanda hakimiyyətdə olmuşların və olanların, eləcə də Dağlıq Qarabağda separatçılıq edənlərin başları böyükləri tərəfindən sığallanır. Əks halda Azərbaycana öz torpaqlarının terrorçulardan təmizlənməsi istiqamətində yardım edilərdi.

Son xəbərlər

Orphus sistemi