Yuxarı

​Bakı - müasir Avropanın idman ziyarətgahı

Bu idman bayramı ölkəmizin növbəti təntənəsinə çevriləcək

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın müasir tarixində ən böyük beynəlxalq tədbirə - I Avropa Oyunlarına start verilir. Açılış mərasimi bu gün saat 20:00-da başlayacaq bu idman bayramı ölkəmizin növbəti təntənəsinə çevriləcək.

Olimpiya Oyunları tarixinə nəzər salsaq, ilk dəfə kütləvi yarışlar eramızdan əvvəl VIII əsrdə keçirilib. Egey dənizinin sahilində, Yunanıstanın ən hündür zirvəsi olan Olimp dağının ətəyində təşkil olunan ilk Olimpiya Oyunları sülh və əmin-amanlıq hərəkatı olub, müharibə, hərbi əməliyyatlar və işğalçılıq siyasətinin səddinə çevrilib.

Məhz bu səbəbdən XIX əsrin sonlarında fransız ictimai xadimi, baron Pyer de Kuberten tərəfindən Qədim Yunanıstanda mövcud olmuş Olimpiya Oyunlarının bərpa olunması 

təşəbbüsü irəli sürülərkən təşkilatçı şəhər kimi simvolik olaraq Afina seçildi. Bu günədək də dünyanın bütün arxivlərində olimpiadanın vətəni kimi Ellada (Yunanıstan) göstərilir.

Ötən əsrdən etibarən ümumdünya olimpiya hərəkatı ilə yanaşı, müxtəlif qitələr də öz oyunlarını təşkil etməyə başlayıblar. Beləcə, Panamerika, Afrika və Asiya oyunları meydana gəlib. Öz olimpiadasını keçirmək qərarına gələn Avropa ailəsi isə ilk Avropa Oyunlarını təşkil etməyi Bakıya həvalə etdi. Bəs Avropanı bu qədər məsuliyyətli, tarixi qərarı qəbul etməyə sövq edən nə idi?

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra təkcə iqtisadi gücü ilə deyil, həmçinin idman, mədəniyyət və digər sahələrdə də uğurlu inkişaf strategiyasına görə qısa müddət ərzində dünyada söz sahibinə çevrilib.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Ölkə idmançılarının uğurları həm Avropa və dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci yerə layiq görülüb.

Təşkilatçı kimi də Azərbaycan artıq dünyada öz sözünü deyib. 2003-cü ildən bu yana ölkədə 300-dən çox beynəlxalq yarış keçirilib.

Son 10 ildə idmanın müxtəlif sahələri üzrə demək olar ki, hər il dünya və Avropa çempionatları, beynəlxalq yarışlar keçirilir. Bu yarışlar zamanı dünyanın 100-dən artıq ölkəsindən, yüz mindən çox idmançı və yarış iştirakçıları qatılıb. Yarışlar 120 dövlətin televiziya kanalları vasitəsilə yayımlanıb.

2011-ci il sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda təşkil olunan boks üzrə XVI dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparıb. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.


Azərbaycanın idman infrasturkturu imkan verir ki, Bakıda keçirilən Avropa Oyunları Avropanın Olimpiya hərəkatında ilk səhifəni yazsın. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Velopark, Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı, əsaslı təmirdən sonra yenidən qurulmuş Heydər Əliyev adına İdman Sarayı və digər obyektlərin tikilməsi Bakıda l Avropa Oyunlarının keçirilməsinə Azərbaycanın nə qədər ciddi hazırlaşmasından xəbər verir.

Bütün bu göstəricilər deməyə əsas verir ki, artıq Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. Bu gündən başlayaraq Bakı dünyanın nəzər nöqtəsində olacaq. l Avro

pa Oyunlarının Azərbaycanda keçirilməsi ilə Xəzərin sahilində Bakı Egeyin Olimpi kimi idman ziyarətgahına çevriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi