Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti 10 faiz bəndi artacaq

    Adambaşına düşən xarici borcun isə bu il ərzində 49% artacağı gözlənilir

    Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin 2017-ci il yanvarın 1-nə olan göstəriciyə nisbətən 10 faiz bəndi artaraq 30,4%-ə yüksələcəyi gözlənilir. 

    "Report"un analitik qrupu qeyd edir ki, bu ilin əvvəlinə Azərbaycanın xarici borcu 6 913,2 mln. ABŞ dolları, xarici borcun ÜDM-ə nisbəti isə 20,4% təşkil edib. Başqa sözlə, ÜDM 33 900 mln. ABŞ dollarına bərabər olub. 2017-ci ilin ilk rübünün nəticələrinə görə, ölkə iqtisadiyyatı 1,2% geriləyib. 

    Xarici maliyyə təşkilatlarının proqnozlarına əsasən, ÜDM-də bu il təxminən eyni dərəcədə azalma gözlənilir. Bu da o deməkdir ki, ilin sonunda ÜDM 33 500 mln. dollara geriləyəcək. Azərbaycanın dövlət xarici borcunun isə ABB-nin öhdəlikləri nəzərə alınmaqla 3,3 mlrd. dollar artaraq təxminən 10,2 mlrd. dollara yüksəlməsi gözlənilir. Nəticədə, Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətinin ilin sonuna ən azı 30,4% təşkil edəcəyi proqnozlaşdırılır. Belə ki, Azərbaycan tərəfi bir sıra layihələr çərçivəsində il ərzində digər borc öhdəlikləri də qəbul edə bilər. 

    Həmçinin, adambaçına düşən xarici borcun məbləğinin bu il ərzində 49% artaraq 1 050 ABŞ dollarına yüksəlməsi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi