Yuxarı
    Bağlamaq

    Azərbaycanda nağd dolların məzənnəsi 1,60 manata düşə bilər

    Yay mövsümündə Azərbaycana turist axını dolları ucuzlaşdıracaq

    Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycanda ABŞ dollarının rəsmi məzənnəsi artıq bu ilin ilk yarısında 1,65 AZN/USD səviyyəsindən də aşağı düşə bilər. 

    "Report"un analitik qrupu bildirir ki, dünya bazarında neftin qiymətinin artması, ölkə idxalında azalma tendensiyasının başlaması fonunda tədiyyə balansının tarazlaşması ilə bərabər pul kütləsinin azaldılaraq cari vəziyyətə uyğunlaşdırılması dollara tələbatı zəiflədəcək. Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi sterilizasiya əməliyyatları çərçivəsində xarici valyuta ilə spekulyativ əməliyyatların qarşısı alınıb.

    "Report"un analitikləri maliyyə sabitliyinin yaranması nəticəsində əhalinin tədricən manata keçəcəyini, dollarlaşma səviyyəsinin ilkin mərhələdə cari 80%-dən 50%-dək geriləyəcəyini ehtimal edirlər. Neft qiymətlərinin 2017-ci ildə 65-70 dollar/barelə qədər yüksəlməsi proqnozlaşdırılır ki, bu da dolların ucuzlaşması prosesini sürətləndirəcək. Manata müsbət təsir edəcək digər bir amil isə Azərbaycana xaricdən turist axınının gözlənilən artımı ilə bağlıdır. Yay aylarında turist axınının sürətlənməsi dollar təklifini artıracaq və bu mövsümdə nağd bazarda məzənnənin hətta 1,60 AZN/USD-yə kimi enməsi mümkündür. Qeyd edək ki, "Report"un analitik qrupu bundan əvvəlki proqnozunda məzənnənin 1,65 AZN/USD səviyyəsində formalaşacağını bildirib.

    Agentliyin ekspertləri hesab edirlər ki, 2018-ci ilin ilk rübünə qədər dünya iqtisadiyyatı, neft qiymətləri, fond indekslərində mənfi meyllər gözlənilmir: "Bu da inkişaf etməkdə olan ölkələrin qısamüddətli maliyyə sabitliyinə gətirib çıxaracaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi