Bakı. 1 mart. REPORT.AZ/ "Azərbaycan doğru sosial siyasət yürüdür".
Bunu “Report”a fiziki şəxslərin problemli kreditləri məsələsinin həllinə dair Prezident
“Xarici valyutada kredit götürmək, ələlxüsus da qazancınız yerli valyutadadırsa, risqli məsələdir. Sözsüz ki, bu halda kreditin faizi adətən nisbətən az olduğu üçün daha etibarlı görünür. Lakin devalvasiya nəticəsində ödəmələrin məbləği kəskin artdığından həmin kreditləri götürənlər çətin maliyyə vəziyyətə düşdülər”, – ekspert deyib.
O, Rusiyada da 2014-cü ildə devalvasiyadan sonra oxşar vəziyyətin yarandığını dilə gətirib.
“Əlbəttə, sırf bazar nöqteyi-nəzərdən xarici valyutanın məzənnəsi ilə bağlı riskləri göz önünə gətirərək kredit götürən şəxslər bunun altını da çəkməlidirlər. Lakin hər bir normal dövlət sosialyönümlü siyasət yürüdərək ya bilavasitə büdcədən, ya da mərkəzi bank vasitəsilə bu cür zərərlərə düçar olan vətəndaşlarına müəyyən təzminatlar ödəyir, bu itkilərini yumşaltmağa çalışır. Fikrimcə, Azərbaycan hökuməti də bu məsələdə düzgün addım atıb”, – A.Razuvayev fikrini tamamlayıb.