Ayrı-ayrı ölkələrin iqtisadi inkişaf səviyyəsindəki və şəraitindəki fərqlər dayanıqlı inkişafa milli və yerli ehtiyacları nəzərə alan yanaşmaların tətbiqini tələb edir.
"Report" xəbər verir ki, bu barədə İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq tədbirdə bildirib.
Onun sözlərinə görə, bir çox müasir çağırışları ayrı-ayrı dövlətlərin və ya qurumların səyləri ilə dəf etmək mümkün deyil: "Onlar əlaqələndirməni, digər üzv ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsini, bilik və təcrübə mübadiləsini tələb edir".
Z.Selçuk qeyd edib ki, beynəlxalq həmrəylik dövlətlərə bir-birindən öyrənməyə, institusional mexanizmləri gücləndirməyə və ümumi problemlərə birgə reaksiya verməyə imkan verir.
Xəbər yenilənir