Zaxarova: "Bakı və İrəvan Rusiyada danışıqların keçirilməsinə razılıq verib"

"Bakı və İrəvan Rusiyada danışıqların keçirilməsinə razılıq verib".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya üçtərəfli bəyanatlara sadiqdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN-dən bildirilmişdi ki, yaxın vaxtlarda Moskvada üçtərəfli görüş gözlənilir. 

Xatırladaq ki, bir neçə gündür ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.

Digər xəbərlər