TÜRKSOY Ankarada Rasim Ocaqovun xatirəsinə fotosərgi və "Təhminə" filminin nümayişini keçirəcək

Yanvarın 22-də TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın tanınmış kinorejissoru Rasim Ocaqovun anadan olmasının 90 illiyi qeyd ediləcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbir çərçivəsində fotosərgi təşkil olunacaq.

Eyni zamanda saat 15:00-da Ankara Milli Kitabxanasının konfrans salonunda "Təhminə" filminin nümayişi baş tutacaq.

Digər xəbərlər