Tacikistanın keçmiş XİN başçısı: "Qarabağ münaqişəsinin həllindən sonra regionda vəziyyət dəyişib"

"Qarabağ münaqişəsinin həllindən sonra regionda vəziyyət dəyişib. Region əvvəlkinə nisbətən daha stabil və təhlükəsiz olub. Bu, olduqca əhəmiyyətlidir".

Bunu "Report"a Tacikistanın keçmiş xarici işlər naziri (1992-1994) və Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Rəşid Alimov deyib.

O bildirib ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi dövründə həmrəylik göstərib və bu, önəmli məqamdır.

R.Alimov Qarabağ münaqişəsinin həllinin, eləcə də regionda stabillik və təhlükəsizliyin bərqərar olmasının iqtisadiyyatın inkişafına da töhfə verəcəyini vurğulayıb.

Digər xəbərlər