Böyük Britaniyanın səfiri: Azərbaycan son 33 ildə böyük inkişafa nail olub

Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan bəri böyük inkişafa nail olub.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olub. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”, – o bildirib.

Digər xəbərlər

Azərbaycan Rusiyaya nota verib 06 fevral, 2026 / 18:19