Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov qurumun prezidenti Pere Joan Pons ilə görüşüb.
"Report" xəbər verir ki, görüş qurumun noyabrın 17-19-da İstanbulda keçirilən payız sessiyası çərçivəsində baş tutub.
P.J.Pons Azərbaycan və Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmaları alqışlayıb və iki ölkə arasında ikitərəfli qaydada aparılan proseslərə dəstəyini bildirib.
Görüş zamanı ATƏT PA-nın gündəliyində olan məsələlər və Assambleyanın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.