Bütün potensial risklər hüdudlarımızdan kənardan gəlir.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
O bildirib ki, Azərbaycan müstəqillik dövründə özünün həyat tərzini qoruyaraq gücləndirib:
"Biz bütün dünyaya nəyə nail ola biləcəyimizi göstərdik. Biz müstəqillik illərimizdə həyat tərzimizi qoruduq, onu gücləndirdik. Bizim hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızdan kənardan gəlir. Biz hər zaman ayıq-sayıq olmalıyıq, müstəqilliyimizin müdafiə olunmasına çox bağlı olmalıyıq. Müstəqilliyimizin 35 illik dövründə müxtəlif mərhələlər oldu. Bu illərin əsas hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması idi".