Əgər xəritəyə nəzər salınsa, Azərbaycandan yan keçməyin çətin olduğu görünər.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan qlobal enerji bazarlarında etibarlı enerji təchizatçılarındandır:
"Bağlantılar baxımından xüsusilə indi bu, ən mühüm məsələlərdəndir. Əgər xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir. Bu xəritəyə müasir və siyasi infrastrukturu əlavə etsək, bunu görmək mümkündür".
Prezident həmçinin Azərbaycanın xarici borcunun çox aşağı səviyyədə olduğunu diqqətə çatdırıb:
"Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir, bu ÜDM-nin 5 faizini təşkil edir ki, bu, dünyada ən aşağı göstəricilərdən biridir".