Azərbaycan və Mərkəzi Asiya ölkələri rəqəmsal kommunikasiyalar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər.
"Report"un Özbəkistana ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.
"Rəqəmsal kommunikasiyalar sahəsində əməkdaşlığımızın böyük potensialı var. "Rəqəmsal İpək Yolu" layihəsi Xəzər dənizinin dibi boyunca fiber-optik kabel şəbəkəsinin yaradılması planlarını əhatə edir", - deyə dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi elektrik enerjisinin dünya bazarlarına birgə ixracı üçün böyük perspektivlər açır.