Patrisiya Munabi: "Qadınlar gender əsaslı zorakılıqdan hələ də əziyyət çəkirlər"

"Siyasətdə və qanunvericilikdə etdiyimiz dəyişikliklərə baxmayaraq, qadınlar gender əsaslı zorakılıqdan hələ də əziyyət çəkirlər".

"Report" xəbər verir ki, bunu Demokratiyada Qadınlar Forumunun icraçı direktoru Patrisiya Munabi noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfrans çərçivəsində baş tutan əlavə paneldə bildirib.

Onun sözlərinə görə, bu gün qadınların sahibkarlıq prosesində iştirakı məhdudlaşdırılır: "Biz məmnunuq ki, belə bir tədbiri Gənc Demokratlar İnstitutu ilə birlikdə təşkil etmişik. Bu tədbir bizim üçün imkan yaradır ki, gender bərabərliyinə öz töhfəmizi verək. Uqanda hökuməti gələn ilin yanvarında bu tədbirin yenidən təşkili ilə bağlı təklif irəli sürüb. Çünki bizim üçün qadın təşkilatlarının öz təcrübələrini paylaşması önəmlidir. Biz gələcəyi birlikdə formalaşdıra bilərik".

Digər xəbərlər