Pakistan səfirliyinin nümayəndələri 20 Yanvar şəhidlərini yad ediblər

Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər.

"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"1990-cı il 20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş azərbaycanlı qardaş və bacılarımızın xatirəsini ehtiramla yad edirik", - paylaşımda qeyd olunub.

Digər xəbərlər