Azərbaycana BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində əlavə konsensusun əldə edilməsi üçün missiya verilə bilər.
Bunu "Report"a açıqlamasında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.
O qeyd edib ki, Azərbaycan Braziliyada keçirilən COP30-da bəzi işlərin həyata keçirilməsinə öz razılığını verərək orada kifayət qədər uğurlu vasitəçilik edib:
"Bəzi məsələlər üzrə ölkələrin konsensusа gəlməsi üçün Azərbaycan böyük səylər göstərib və bu, nəticə də verib. Türkiyə və bəzi beynəlxalq təşkilatlar builki COP-da hansısa əlavə konsensusun əldə edilməsi üçün Azərbaycana missiya verilməsi məsələsini qaldıra bilər. Bu, yaxın aylarda dəqiq məlum olacaq".