Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Filip Barklay Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə Azərbaycan dilində danışıb.
“Report”un xəbərinə görə, o, Azərbaycan dilində çıxış edərək deyib:
“ANAMA və Britaniyanın ekspertləri birlikdə yeni həll yolu tapacaqlar. Ümid edirəm ki, Azərbaycan və Britaniya əməkdaşlığı uzun zaman davam edəcək".