Azərbaycan və Türkiyə arasında birlik və həmrəylik daim qorunmalıdır
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası çərçivəsində deyib.
Səfir Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət diləyib.
M.T.Arı tədbirdə iştirak etməkdən böyük şərəf duyduğunu bildirib və Azərbaycan, Türkiyə və digər dost ölkələr arasında mövcud olan birlik, bərabərlik və həmrəyliyin əhəmiyyətini vurğulayıb.
O, bu birlik və həmrəyliyin daim qorunub saxlanılmasını arzulayıb.
Səfir çıxışının sonunda tədbir iştirakçılarına təşəkkürünü bildirərək hörmət və ehtiramını çatdırıb.