Ukraynanın Baş naziri Denis Şmıqal Kiyev və Bakı arasında ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində birgə səylərə verdiyi töhfəyə görə Azərbaycanın Prezidenti İlham Əliyevə və ölkə xalqına təşəkkür edib.
"Report" xəbər verir ki, D.Şmıqal bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə keçirilən Ukrayna-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının yekunlarına dair "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Xəbər yenilənir