Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının işinin əsas istiqamətlərindən biri Ukraynanın bərpası və modernizasiyasıdır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın energetika naziri, Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Denis Şmıqal komissiyanın 14-cü iclasının açılışında çıxış edərkən deyib.

Nazir bildirib ki, rəsmi Kiyev Azərbaycan şirkətlərini Ukraynanın bərpasının planlaşdırılmasında və həyata keçirilməsində iştiraka dəvət edir:

"Müharibə risklərinə baxmayaraq, bütün çətinliklərə, problemlərə və logistika ilə bağlı, eləcə də digər məsələlərlə bağlı çağırışlara baxmayaraq Azərbaycandan şirkətləri dəvət edirik".

Digər xəbərlər