Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır

Qara dəniz və Xəzər dənizi arasında etibarlı əlaqələr ticarət və enerji resurslarının hərəkəti üçün yeni imkanlar açır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın energetika naziri, Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Denis Şmıqal komissiyanın 14-cü iclasının açılışında deyib.

"Azərbaycandan Ukraynaya, Ukrayna vasitəsilə Avropaya gələcək logistika yollarını hazırlamaq lazımdır. Bu ən qısa logistika yolu olacaq, lakin hazırlığa indi başlamalıyıq", - o deyib.

D. Şmıqal vurğulayıb ki, müharibə dayandıqda və Qara dənizdə heç bir döyüş əməliyyatları olmadıqda, logistik işlərə dərhal başlamağa hazır olmaq lazımdır.

Digər xəbərlər