Litva Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini dəstəkləyir.
"Report" xəbər verir ki, bu fikirləri Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Nazir Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb.