Trans-Xəzər Fiber-Optik Kabel Xətti beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir.
"Report"un məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda açılışından sonra deyib.
"Bu, yeni dəhliz növüdür. Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür", - Qazaxıstan Prezidenti deyib.