Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Konqres Mərkəzinə gəldi.
"Report"un Daşkəndə ezam olunan müxbirinin verdiyi məlumata əsasən, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentini qarşıladı.
Sonra tədbir iştirakçıları birgə foto çəkdirdilər.