İcma sədri: “Pakistanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da dəstəyini əsirgəməyəcəyinə inanırıq”

“Qardaş Pakistanın Qarabağ məsələsində olduğu kimi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da öz siyasi-mənəvi dəstəyini əsirgəməyəcəyinə inanırıq”.

“Report” xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İcma Azərbaycanda akkreditasiya olunmuş xarici ölkə səfirləri ilə mütəmadi görüşlər keçirir:

“Həmin görüşlər zamanı Qərbi Azərbaycan həqiqətləri barədə onları məlumatlandırırıq.

Bu gün də Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee ilə Qərbi Azərbaycan İcmasının məqsədi, məramı barədə söhbət apardıq”.

Xəbər lenti