Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla anılıb - YENİLƏNİB

Tbilisi. 12 dekabr. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, səfirliyin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, Kvemo Kartli bölgəsinin qubernatoru, müavinləri, Marneuli rayonunun meri və digər rəsmi şəxslər ulu öndərin Tbilisinin mərkəzindəki parkdakı abidəsi önünə əklil, gül dəstələri düzüblər.

Sonra nümayəndələr ümummilli liderin Rustavidəki Heydər Əliyev parkındakı abidəsini ziyarət ediblər.

Daha sonra tədbir Azərbaycanın Gürcüstandakı səfirliyində davam edib.

Səfir Dursun Həsənov çıxışında bildirib ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə doğma yurdumuzun daim tərəqqisinə çalışmış və Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Məhz onun siyasi iradəsi ilə ölkəmizdə dövlətçiliyin əsasları qoyulmuş, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmiş, ölkədə bütün istiqamətlərdə ciddi islahatlara başlanılıb: "Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirməsi nəticəsində ölkəmizdə bütün istiqamətlər üzrə böyük nailiyyətlər, nəticələr, uğurlar əldə olunmuşdur. Azərbaycan dünya birliyinin böyük dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmuşdur. Dövlətimiz tərəfindən energetika, nəqliyyat sahələrində həyata keçirilən Bakı-Tbilisi –Ceyhan neft, Bakı-Tibilisi-Ərzurum qaz kəmərləri, TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi müxtəlif layihələr xalqlarımızın rifahına, region ölkələri ilə dostluğumuzun möhkəmlənməsinə xidmət etmişdir".

Diplomat deyib ki, bu gün qonşu və qardaş gürcü xalqı da məhəbbəti, qayğısı və fədakarlığı ilə qəlblərimizdə dərin iz qoyan Heydər Əliyevi ehtiramla anırlar: "Heydər Əliyev Azərbaycan və Gürcüstan dostluğunun memarı hesab olunur. Hakimiyyətdə olduğu zaman O, Gürcüstanla münasibətlərə daim xüsusi diqqət yetirmiş və Gürcüstanın çətin dövrlərində dost ölkə kimi gürcü xalqına qardaşlıq yardımını əsirgəməmişdir. Belə ki, 1994-cü ildə "Əsrin müqaviləsi"  imzalanarkən Ümummilli liderimiz bütün çətinliklərə, siyasi təzyiqlərə baxmayaraq, onun siyasi iradəsi və təkidi ilə enerji layihələrinin yalnız dost ölkə Gürcüstandan keçəcəyinə qərar vermişdir".

Bununla yanaşı, 1997-ci ildə Heydər Əliyevin xüsusi tapşırığı ilə təbii qaz və digər enerji resursları dost gürcü xalqının təminatının ödənilməsi üçün göndərilmişdir. Bu və ya digər əvəzolunmaz faktlar xalqlarımız arasındakı mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, gürcü xalqının, bu ölkədə yaşayan soydaşlarımızın rifahının yüksəlməsinə səbəb olub.

Sonra Marneuli rayonun meri Teymur Abbasov, Gürcüstan-Azərbaycan Mədəniyyət Fondunun sədri, professor Simon Kopadze, akademik Levan Metreveli və başqaları çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşlər. Çıxışlarda bildirilib ki, Ulu Öndərin tarixi xidmətlərinin nəticəsi olaraq onun əziz xatirəsi gürcü və digər dost xalqlar tərəfindən daim yad edilir və böyük şəxsiyyət kimi Heydər Əliyev fenomeni qəlblərdə əbədi olaraq yaşayacaq.


.

*** 11:11

Tbilisi. 12 dekabr. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, səfirliyin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətinin nümayəndələri, Kvrmo Kartli bölgəsinin qubernatoru, müavinləri, Marneuli rayonunun meri və digər rəsmi şəxslər ulu öndərin Tbilisinin mərkəzindəki parkdakı abidəsi önünə əklil, gül dəstələri düzüblər.

Sonra nümayəndələr ümummilli liderin Rustavidəki Heydər Əliyev parkındakı abidəsini ziyarət ediblər.

Daha sonra tədbir Azərbaycanın Gürcüstandakı səfirliyində davam edib.

Səfir Dursun Həsənov Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti, muasir və müstəqil dövlətçiliyimizin qorunmasındakı xidmətləri barədə ətraflı məlumat verib.

Digər xəbərlər