Azərbaycan vətəndaşları üçün mayın 3-4-də Almaniyanın Hannover şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, səyyar konsulluq xidməti çərçivəsində ümumvətəndaş pasportlarının yenilənməsi ilə bağlı müraciətlərin qəbul edilməsi nəzərdə tutulur.