Filippinli nümayəndə: "Qurumlar büdcələrinin 5 faizini qadınlara dəstək üçün ayırmalıdırlar"

"Qurumlar öz büdcəsinin minimum 5 faizini qadınlara dəstək üçün ayırmalıdırlar".

"Report" xəbər verir ki, bunu Filippinin Qadın vəziyyəti komissiyasının icraçı direktoru Kristin Rozari Çaves noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

O, qadınların dünyada üzləşdiyi problemlərlə bağlı çağırışlarını anladıqlarını vurğulayıb: "Qadınlara qarşı olan ayrı-seçkiliklə bağlı ciddi mübarizə aparılır. Bu, qanunvericilikdə də öz əksini tapır. Gender bərabərliyinə dair görüləcək işlər çoxdur və buna nail olmaq üçün hamımızı səylərimizi birləşdirməyə dəvət edirəm".

Digər xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib 14 noyabr, 2026 / 18:44