İranla bağlı təhlükəsizlik məsələlərində bir sıra problemlər hələ öz həllini tapmayıb.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, İranla bağlı məsələlər müsbət müstəvidə gedir.
“Amma təhlükəsizlik məsələləri ilə bağlı problemlər hələ öz həllini tapmayıb. Ona görə də təşəbbüs İran tərəfdədir. Görək, onlar 2024-cü ildə hansı addımları atacaqlar”, - F.Şəfiyev vurğulayıb.